Bu gün Bakı vaxtı ilə saat 22.00-da Azərbaycan millisinin Türkiyə millisinə qarşı keçirəcəyi oyunun baş tutacağı stadionla bağlı problem yaranıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, İstanbulda müşahidə edilən yağış və külək Türk Telekom Arenanın damına ziyan vurub. Arenanın damının 12 metr uzunluğu və 3 metr enində paneli dağılıb. Montajı təqribən 1 il öncə tamamlanan tribunanın üzərindəki dam örtüyünün 38 kq-lıq parçası saatda 22 km sürəti olan külək nəticəsində yaxınlıqdakı ərazilərdən birinə düşüb. Panelin yaxınlıqdakı magistral yola düşməməsi nəticəsində böyük faciənin qarşısı alınıb.Artıq qopan hissənin yerinə bərpa edildiyi açıqlanıb.