Azərbaycan Türkiyədən geyim idxalına çəkdiyi xərclərini azaldıb

Azərbaycan Türkiyədən geyim idxalına çəkdiyi xərclərini azaldıb
İQTİSADİYYAT
14:56 09.05.2025
577
Bu ilin yanvar-aprel aylarında Azərbaycan Türkiyədən 15,565 milyon ABŞ dolları dəyərində geyim idxal edib.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisi məlumat verib.
 
Məlumata görə, qeyd olunan rəqəm 2024-cü ilin eyni dövrü ilə müqayisədə 24,5 % azdır.

Təkcə apreldə isə Türkiyə Azərbaycana 2,95 milyon ABŞ dolları dəyərində geyim ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 34,2 % azdır.

4 ayda Türkiyənin geyim ixracının ümumi dəyəri illik müqayisədə 6 % azalaraq 5,411 milyard ABŞ dollarına, apreldə isə 0,2 % artaraq 1,228 milyard ABŞ dollarına çatıb.
OXŞAR XƏBƏRLƏR