Azərbaycan Türkiyədən meyvə-tərəvəz idxalına çəkdiyi xərci 12 %-dən çox azaldıb

Azərbaycan Türkiyədən meyvə-tərəvəz idxalına çəkdiyi xərci 12 %-dən çox azaldıb
İQTİSADİYYAT
14:24 09.05.2025
601
Bu ilin yanvar-aprel aylarında Azərbaycan Türkiyədən 6,351 milyon ABŞ dolları dəyərində meyvə və tərəvəz məhsulları idxal edib.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisi məlumat yayıb.
 
Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12,4 % azdır.

Təkcə apreldə isə Türkiyə Azərbaycana 1,939 milyon ABŞ dollarlıq meyvə və tərəvəz məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 29,4 % çoxdur.

4 ayda Türkiyənin meyvə-tərəvəz ixracının ümumi dəyəri illik müqayisədə 8 % azalaraq 833 milyon ABŞ dollarına, apreldə isə 0,1 % azalaraq 199 milyon ABŞ dollarına enib.
OXŞAR XƏBƏRLƏR