Azərbaycan Türkiyədən taxıl və paxlalıların idxalına çəkdiyi xərci artırıb

Azərbaycan Türkiyədən taxıl və paxlalıların idxalına çəkdiyi xərci artırıb
İQTİSADİYYAT
17:00 09.05.2025
522
Bu ilin yanvar-aprel aylarında Azərbaycan Türkiyədən 59,73 milyon ABŞ dolları dəyərində taxıl, paxlalılar, yağlı toxumları və onun məhsullarını idxal edib.

AZXEBER.COM Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,2 % çoxdur.

Təkcə apreldə isə Türkiyə Azərbaycana 14,924 milyon ABŞ dollarlıq taxıl, paxlalılar, yağlı toxumları və onun məhsullarını ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 38 % çoxdur.

4 ayda Türkiyənin taxıl, paxlalılar, yağlı toxumları və onun məhsullarını ixracının ümumi dəyəri illik müqayisədə 5,6 % artaraq 4,179 milyard ABŞ dollarına, apreldə isə 12 % artaraq 0,969 milyard ABŞ dollarına çatıb.// report
OXŞAR XƏBƏRLƏR