Azərbaycan U-19 millisi 6:0 məğlub oldu

Azərbaycan U-19 millisi 6:0 məğlub oldu
İDMAN
15:05 09.09.2025
255
Sloveniyada təlim-məşq toplanışında olan Azərbaycan U-19 millisi növbəti oyununu keçirib.

AZXEBER.COM xəbər verir ki, bu barədə AFFA məlumat yayıb. Yığmamız "Slovenia Nations Cup” turnirində Polşa U-19 komandası ilə üz-üzə gəlib. "Çatej” stadionunda baş tutan görüşdə rəqib 6:0 hesabı ilə qələbə qazanıb.

Qeyd edək ki, U-19 millimiz turnirdə bundan əvvəl İslandiya və Farer adaları ilə qarşılaşaraq hər iki oyunda 2:1 hesabı ilə qalib gəlmişdi.
 
Zəfər Hacılı
OXŞAR XƏBƏRLƏR