Azərbaycan üçün Ermənistanla münaqişə başa çatıb - Hikmət Hacıyev

Azərbaycan üçün Ermənistanla münaqişə başa çatıb - Hikmət Hacıyev
SİYASƏT
13:45 11.09.2026
696
Azərbaycan üçün Ermənistanla münaqişə başa çatıb və ölkə regionda davamlı sülhün bərqərar olması üçün əlavə səylər göstərməyə davam edəcək.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri çərçivəsində Xankəndi şəhərindəki Mədəniyyət Mərkəzində çıxışı zamanı deyib.

"Biz Ermənistan və Azərbaycan arasında ilkin sülh sazişinin və dövlətlərarası münasibətlərin qurulmasının birinci ildönümünü qeyd edirik. Prezident İlham Əliyevin də dediyi kimi, Azərbaycan üçün münaqişə başa çatıb. Biz sülh şəraitində yaşamağı öyrənirik və bu istiqamətdə irəliləyirik. Biz başa düşdük ki, sülh reallıqları şəraitində yaşamaq elə möhtəşəm hissdir ki, bunu başqa sözlərlə ifadə etmək mümkün deyil", - deyə o bildirib.

H. Hacıyev qeyd edib ki, Azərbaycan regionda davamlı sülhün bərqərar olması və gələcəkdə sülhün möhkəmləndirilməsi üçün əlavə səylər göstərməyə davam edəcək.

"Sülh həm də yerlərdə yenidənqurma və bərpa işlərindən başlayır. Sülh sadəcə qarşıdurmanın olmaması demək deyil. Sülh etimadın qurulması, yenidənqurma və bərpa deməkdir", - Hikmət Hacıyev vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında son görüş konstruktiv atmosferdə keçirilib:

"Hər iki tərəf sülh gündəliyimizi daha da irəli aparmaq, iki ölkə arasında etimadı möhkəmləndirmək, ticarət münasibətlərini, o cümlədən iki ölkə və bütövlükdə regionumuz arasında bağlantı və əlaqələri daha da inkişaf etdirmək məqsədilə ikitərəfli qarşılıqlı fəaliyyəti davam etdirmək barədə razılığa gəlib".

H.Hacıyev TRIPP konsepsiyasının inkişafı ilə bağlı da müsbət siqnalların olduğunu bildirib.

"Amerikalı tərəfdaşlarımıza təşəkkür edirik ki, onlar da bu layihənin həyata keçirilməsinə tam sadiqlik nümayiş etdirirlər. Biz çox müsbət siqnallar alırıq və ümid edirik ki, tikinti işləri tezliklə yekunlaşacaq.

Ötən il diplomatik korpusla birlikdə Bakıdan Zəngilana qədər bu dəhlizə səfər etdik və siz də şahid oldunuz ki, dəmir yolu və avtomobil yolunun tikintisi demək olar ki, tamamlanıb. Bu ilin sonunadək və gələn il ərzində layihə başa çatdırılacaq", - o deyib.

Hikmət Hacıyev hazırda səylərin Naxçıvan seqmentinə yönəldildiyini diqqətə çatdırıb. O bildirib ki, Avropa İttifaqındakı və digər tərəfdaşlardan Naxçıvanda yenidənqurma və bərpa istiqamətində Azərbaycanın səylərini dəstəkləməyə hazır olduqlarına dair müsbət siqnallar alınır.

"Bu, təkcə regionumuz üçün deyil, daha geniş Avrasiya məkanı, Şərq-Qərb dəhlizi və Orta Dəhliz üçün də yeni bağlantılar yaradacaq. Bu, regionumuzun bütün konfiqurasiyasını dəyişəcək və Ermənistanın regional proseslərə inteqrasiyasını da təmin edəcək", - H.Hacıyev qeyd edib.

O, diplomatik korpus nümayəndələrindən Naxçıvana səfərlə bağlı müraciətin daxil olduğunu da açıqlayıb.

"Ümid edirəm ki, çox tezliklə bununla bağlı açıqlama verəcəyəm və sizin Naxçıvana səfərinizi də təşkil edəcəyik. Naxçıvan unikal coğrafi mövqeyə və əlçatanlıq imkanlarına malikdir, lakin uzun illər bu imkanlardan məhrum olub. İndi isə Naxçıvan inteqrasiya olunmuş regional nəqliyyat, logistika və digər layihələrin bir hissəsinə çevrilir. O, həmçinin Qarabağ və Şərqi Zəngəzur inkişaf məkanının ayrılmaz hissəsinə çevrilir. TRIPP dəhlizi isə Naxçıvanın geosiyasi və geostrateji mövqeyinə yeni üstünlük qazandırır", - deyə Hikmət Hacıyev bildirib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Cahan Holdinq” marketinq rəhbərliyi Müşviq İskəndərova həvalə etdi
16:00 05.10.2026
“Cahan Holdinq” marketinq rəhbərliyi Müşviq İskəndərova həvalə etdi
Deputat: “Azərbaycan iqtisadi müstəqilliyini tam təmin edib”
15:55 05.10.2026
Deputat: “Azərbaycan iqtisadi müstəqilliyini tam təmin edib”
Bu həftə hansı bürclər pul qazanacaq?
15:53 05.10.2026
Bu həftə hansı bürclər pul qazanacaq?
Açılmış qazlı suyu günlərlə içmək təhlükəlidirmi? – Xəbərdarlıq
15:48 05.10.2026
Açılmış qazlı suyu günlərlə içmək təhlükəlidirmi? – Xəbərdarlıq
Magistraturada “pullu”ya düşən 195 tələbə ödənişsiz təhsil alacaq
15:37 05.10.2026
Magistraturada “pullu”ya düşən 195 tələbə ödənişsiz təhsil alacaq
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanıldı
15:01 05.10.2026
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanıldı
“Ölkəmiz Qarabağ qələbəsinin hesabına yeni geosiyasi status əldə edib” – Zahid Oruc
14:55 05.10.2026
“Ölkəmiz Qarabağ qələbəsinin hesabına yeni geosiyasi status əldə edib” – Zahid Oruc
Bu müəllimlərin maaşı artacaq - 2500-3000 manat...
14:50 05.10.2026
Bu müəllimlərin maaşı artacaq - 2500-3000 manat...
Könül Nurullayeva: “Qarşımızda yeni dövlətçilik vəzifələri dayanır”
14:32 05.10.2026
Könül Nurullayeva: “Qarşımızda yeni dövlətçilik vəzifələri dayanır”
AccessBank-ın tərəfdaşlığı ilə “VətəndəSƏN” II Qarabağ Təhsil Forumu keçirildi - FOTOLAR
14:26 05.10.2026
AccessBank-ın tərəfdaşlığı ilə “VətəndəSƏN” II Qarabağ Təhsil Forumu keçirildi - FOTOLAR
“Azərbaycanın təkbaşına mübarizə aparması mühüm siyasi reallıq idi”
14:23 05.10.2026
“Azərbaycanın təkbaşına mübarizə aparması mühüm siyasi reallıq idi”
Bayram günü müəllimlərə hədiyyə alınmalıdır? - Misir Mərdanov danışdı
14:13 05.10.2026
Bayram günü müəllimlərə hədiyyə alınmalıdır? - Misir Mərdanov danışdı
Bakıda 18 yaşlı oğlan məktəbin qarşısında öldürüldü
13:57 05.10.2026
Bakıda 18 yaşlı oğlan məktəbin qarşısında öldürüldü
Qanunsuz plastik əməliyyat edən iki həkim cəzalandırıldı
13:44 05.10.2026
Qanunsuz plastik əməliyyat edən iki həkim cəzalandırıldı
Ziyafət Əsgərov: “Qarşımızda duran əsas məsələlərdən biri Qərbi Azərbaycana qayıdışdır”
13:41 05.10.2026
Ziyafət Əsgərov: “Qarşımızda duran əsas məsələlərdən biri Qərbi Azərbaycana qayıdışdır”
“Savadlısan, amma bu xəttin başına bəla olacaq” – Deputatların müəllimlərlə bağlı xatirələri
13:19 05.10.2026
“Savadlısan, amma bu xəttin başına bəla olacaq” – Deputatların müəllimlərlə bağlı xatirələri