“Azərbaycan üçün ilk növbədə özünün milli maraqları önəmlidir” - ŞƏRH

“Azərbaycan üçün ilk növbədə özünün milli maraqları önəmlidir” - ŞƏRH
SİYASƏT
14:13 27.03.2023
393
"Son dövrlər Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ehtimallarının artması ilə bölgədə sülh və sabitlikdə marağı olmayan güclər aktivləşməyə başlayıb. Fransa və İrandan, o cümlədən Avropa Parlamentindən gələn təhrikedici dəstək fonunda erməni tərəfinin daha çox hərbi ritorikaya üz tutması, revanşist mövqeni sərtləşdirməsi müşahidə olunur”. 

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. 

Deputat qeyd edib ki, təəssüflər olsun ki, proseslərin bu cür arzuolunmaz gedişatına Rusiya sülhməramlıları da öz töhfələrini verməkdədir: "Kontingentin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində sülhməramlıların birbaşa nəzarəti altında Xankəndi-Kosalar-Mirzələr-Turşsu yolunun çəkilməyə başlanması, habelə Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə etməklə qeyri-qanuni erməni silahlı birləşmələrinin sülhməramlıların himayəsində döyüş mövqelərinə hərbi daşımaları davam etdirməsi məhz sülhməramlı missiyanın proteksiyasında reallaşan açıq təxribatdır və bölgədə gərginliyi artıraraq yeni hərbi qarşıdurmaya rəvac verir”.

B.Məhərrəmov deyib ki, aydındır ki, Rusiya sülhməramlılarına Azərbaycan cəmiyyətində yanaşma birmənalı deyil: "Bu cür qeyri-adekvat davranışlar isə sülhməramlıların əsl "məramı” ilə bağlı haqlı suallar ortaya çıxarır. Üstəlik nəzərə alaq ki, sülhməramlıların bölgəyə gəlişinin hüquqi bazisi olan üçtərəfli bəyanatın 4-cü maddəsinin özünün legitimliyi barədə mübahisəli məqamlar var. Belə ki, sənədin 4-cü maddəsində qeyd edilir ki, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Aktın imzalanmasından təqribən iki il yarım keçməsinə baxmayaraq üçtərəfli razılaşmanın bu bəndinin şərtləri hələ də icra olunmayıb. Digər tərəfdən Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazilərində hələ də Ermənistanın fərari ordusunun hissələri, habelə qeyri-qanuni erməni silahlı birləşmələri mövcuddur və faktiki olaraq yeni təcavüzkar hərbi aktlara hazırlaşırlar. Üçtərəfli Bəyanatın qarantoru olan Rusiyanın sülhməramlı kontingenti isə bu təhlükəli tendensiyaya göz yummaqla, habelə ermənilərə açıq dəstək verməklə bölgədə gərginliyin artmasına zəmin yaratmaqdadır. Çox təəssüflə qeyd etməliyik ki, bu gün Rusiya sülhməramlıları missiyası bu tip davranışlarla özünü Sovetlər Birliyinin 366-cı alayı kimi aparmaqdadır. Lakin hər kəs anlamalıdır ki, siyasi və iqtisadi cəhətdən tam müstəqil olan Azərbaycan 90-cı illərin Azərbaycanı deyil və 44 günlük savaş və sonrakı dövr bunun əyani sübutudur”.  

"Əlbəttə, biz bütün dünya dövlətləri ilə, o cümlədən Rusiya Federasiyası ilə bərabərhüquqlu tərəfdaşıq və bu ölkə ilə münasibətlərimizin inkişafı və dərinləşməsində maraqlıyıq. Həmçinin istər Vətən müharibəsi dövründə, istərsə də sonrakı periodda Rusiya Prezidentinin tutduğu mövqe, Azərbaycanın ərazi bütövlüyünə verdiyi rəsmi dəstəyi də çox yüksək qiymətləndiririk. Lakin sülhməramlıların Rusiya ilə Azərbaycan arasında mövcud yüksəksəviyyəli münasibətlərin ruhuna daban-dabana zidd olan davranışlarına dözümlü yanaşmaq kimi bir öhdəliyimiz yoxdur. Azərbaycan üçün ilk növbədə özünün milli maraqları önəmlidir və biz öz suveren ərazilərimizə Ermənistandan gizli yollarla silah-sursat və canlı qüvvə daşınmasına göz yummayacağıq. Əgər sülhməramlılar öz missiyalarının öhdəsindən gəlmirsə, yaxud daha dəqiq desək, qanunsuz prosesin bir hissəsinə çevrilirsə, Azərbaycan özü bu problemi həll etməyə məcburdur”, - deyə deputat əlavə edib.

"Rusiya sülhməramlılarının erməni separatçılarına kömək etməsi sübut olundu. Artıq yəqin ki, 5 ilin tamamında Rusiya sülhməramlılarının mandatının uzadılmasından da söhbət gedə bilməz”. 

Bu sözləri isə AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib.

Deputat qeyd edib ki, Azərbaycan da bütün bu problemləri nəzərə alaraq, sülhməramlıların etmək olduqları, amma etmədiklərini görərək onların missiyasını öz üzərinə götürdü: "Artıq həmin o torpaq yolları da nəzəratə götürmək üçün yüksəklikləri ələ keçirdi və Azərbaycan Ordusunun nəzarətindədir. Rusiya Müdafiə Nazirliyi, sülhməramlıları buna etiraz etdi, amma biz öz müstəqil, suveren ərazilərimizdə suveren hüquqlarımızı yerinə yetiririk. BMT-nin 4 qətnaməsini də Azərbaycan 2020-ci ildə özü yerinə yetirdi. Belə çıxır ki, elə 2020-ci il noyabrın 10-da bağlanan üçtərəfli razılaşmanın da müddəalarını yerinə yetirmək üçün Azərbaycan təkbaşına çalışmalıdır. Bunu da edir”. 

R.Nurullayev qeyd edib ki, artıq Rusiya tərəfi də bu məsələdən dərs almalıdır:

"Mən belə başa düşürəm ki, artıq Rusiya tərəfi də bu məsələdən dərs almalıdır. Ölkənin ərazi bütövlüyünə hörmət qoymaq lazımdır. Yoxsa sən tankına ağ bayrağı bağla, arxanca erməni silahlılarını o baş-bu başa daşı, orada yeni müharibə üçün zəmin yarat, bu, sülhməramlılıq deyil. Belə çıxır ki, Azərbaycan yaxın zamanlarda həm də Qarabağda artıq müəyyən lokal əməliyyatları həyata keçirib bu məsələyə birdəfəlik nöqtə qoymalıdır. Ardınca isə Azərbaycan-Ermənistan sərhədində Laçın yolunun Ermənistana keçən hissəsində də nəzarət-buraxılış məntəqəsini də tikməlidir”. 

"Hesab edirəm ki, bu məsələ artıq həll olunacaq, bunun müzakirəsi belə olunmalı deyil, hətta deyərdim ki, nəzarət-buraxılış məntəqəsinin tikilməsi üçün də bütün hazırlıqlar edilib”, - deyə deputat əlavə edib.

Aydın Nuri

Yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə "ictimai və dövlət maraqlarının müdafiəsi” mövzusunda dərc edilib.

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Türkiyə XİN: Qafqazla bağlı gözlədiyimiz nəticə çox önəmlidir
23:58 14.03.2025
Türkiyə XİN: Qafqazla bağlı gözlədiyimiz nəticə çox önəmlidir
“Qalatasaray" "Antalyaspor"u böyük hesabla məğlub edib
23:53 14.03.2025
“Qalatasaray" "Antalyaspor"u böyük hesabla məğlub edib
Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak ediblər
23:39 14.03.2025
Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak ediblər
Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında qızıl medal qazanıb
23:20 14.03.2025
Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında qızıl medal qazanıb
Zelenski: Ukrayna ordusu Kursk əməliyyatı ilə öz vəzifəsini yerinə yetirib
23:01 14.03.2025
Zelenski: Ukrayna ordusu Kursk əməliyyatı ilə öz vəzifəsini yerinə yetirib
Britaniya Azərbaycanla Ermənistanı sülh sazişini imzalamağa çağırıb
22:50 14.03.2025
Britaniya Azərbaycanla Ermənistanı sülh sazişini imzalamağa çağırıb
Milli Qəhrəmanın atası vəfat etdi
22:29 14.03.2025
Milli Qəhrəmanın atası vəfat etdi
İtaliya Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yekunlaşmasını alqışlayır
22:07 14.03.2025
İtaliya Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yekunlaşmasını alqışlayır
Leyla Əliyeva və Arzu Əliyeva UNEC-də distant Çin dili təhsili alan tələbələrlə görüşüblər
22:00 14.03.2025
Leyla Əliyeva və Arzu Əliyeva UNEC-də distant Çin dili təhsili alan tələbələrlə görüşüblər
G7 Ukrayna ilə atəşkəsdən imtina halında Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini müzakirə edib
21:53 14.03.2025
G7 Ukrayna ilə atəşkəsdən imtina halında Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini müzakirə edib
Bəşir Süleymanlı ilə birgə saxlanılan Altay Məmmədzadə həbs edilib.
21:44 14.03.2025
Bəşir Süleymanlı ilə birgə saxlanılan Altay Məmmədzadə həbs edilib.
Sumqayıtda sərnişin avtobusu piyadanı vuraraq öldürüb
21:39 14.03.2025
Sumqayıtda sərnişin avtobusu piyadanı vuraraq öldürüb
Baş nazirin müavini: Mineral resurslarla bağlı saziş üzrə danışıqlar başa çatıb, Ukrayna imzalanma tarixini gözləyir
21:34 14.03.2025
Baş nazirin müavini: Mineral resurslarla bağlı saziş üzrə danışıqlar başa çatıb, Ukrayna imzalanma tarixini gözləyir
BMT: Azərbaycan - Ermənistan arasında müzakirələri alqışlayırıq
21:26 14.03.2025
BMT: Azərbaycan - Ermənistan arasında müzakirələri alqışlayırıq
Putin Kurskdakı ukraynalı hərbçilərə təslim olmağı təklif edib
21:11 14.03.2025
Putin Kurskdakı ukraynalı hərbçilərə təslim olmağı təklif edib
Bəşir Süleymanlı həbs edildi
21:06 14.03.2025
Bəşir Süleymanlı həbs edildi