Azərbaycan UEFA-nın reytinqində

Azərbaycan UEFA-nın reytinqində
İDMAN
16:13 23.11.2017
1301

Çempionlar Liqasında qrup mərhələsinin V turuna yekun vurulub. 

Dünən keçirilən 8 oyun UEFA reytinqində mövqe dəyişikliyinə səbəb olmayıb.

Azərbaycan da öz əvvəlki yerində qalıb. Təmsilçimiz "Qarabağ”ın "Çelsi”yə uduzması hesabımıza xal əlavə edilməsinə imkan verməyib. 19.125 xalı olan ölkəmiz 22-ci pillədə qərarlaşıb.

Azərbaycandan 1 pillə irəlidə olan Rumıniyanın 20.050 xalı var. Ən yaxın izləyicimiz Bolqarıstan isə 18.875 xala sahibdir.


///offsidecom.az
OXŞAR XƏBƏRLƏR