Azərbaycan UEFA reytinqində mövqeyini qorudu

Azərbaycan UEFA reytinqində mövqeyini qorudu
İDMAN
11:11 05.07.2013
1330

UEFA-nın avrokuboklar üçün əmsallar cədvəli açıqlanıb.

Apasport.az saytının məlumatına görə, 2013/14 mövsümünün I təsnifat mərhələsinin ilk oyunlarından sonra siyahıda cüzi dəyişikliklər qeydə alınıb. İyulun 4-də baş tutan Avropa Liqasının qarşılaşmalarının da əksini tapdığı cədvəldə Azərbaycan 31-ci pillədə qalıb. Mövsümün startı ərəfəsində 32-ci olan ölkəmiz 2 gün əvvəl yüksəldiyi 31-ci pilləni qoruya bilib. Belə ki, dünən Finlandiya “Mariehamn”ı ilə ev oyununda yalnız heç-heçə ilə kifayətlənən “İnter” hesabımıza daha 0,125 xal gətirib. Bununla da cari mövsüm qazandıqlarımız 0,500-ə çatıb. Bu yarım xalın 0,250-si “Qarabağ”ın hesabındadır. “Xəzər Lənkəran” isə “İnter” kimi 0,125 xala imza atıb. Avrokubokların ilk həftəsinin gətirdiyi yarım xal son 5 mövsümdə qazandıqlarımızın cəmini 8,375-ə çatdırıb. 2 gün əvvəl 31-ci pillədən sıxışdırdığımız Gürcüstanın hər iki komandası evdə oynadığından onların mövqelərini qaytarması mümkün idi. Çünki bizim dünən meydana çıxan tək komandamız “İnter” də istənilən nəticəni verməmişdi. Lakin gürcülərin də 2 komandası üst-üstə 0,125 xal əldə etdi. “İnter”in bərabərliyi də 30-cu olan Sloveniyaya çatmaq imkanı verirdi. Lakin sonuncuların dünən meydana çıxan təmsilçiləri “Domjale” və “Selye” uduzmalı idi. Birincilər öz meydanında Rumıniya “Astra”sına uduzsa da, “Selye” Norveç səfərində “Tromse”ni yenməklə Azərbaycandan 0,250 xal uzaqlaşdı. “İnter”in heç-heçəsindən sonra bizim 30-cu pilləyə şərik olmağımız cəmi 1 saat çəkdi. Bakılıların mərhələ adlayacağı halda rəqibinin müəyyənləşdiyi oyunda qalib gələn sloveniyalılar 30-cu pillədə möhkəmləndi.

OXŞAR XƏBƏRLƏR