Azərbaycan universitetlərində dərs ili uzadıldı

Azərbaycan universitetlərində dərs ili uzadıldı
SOSİAL
12:27 12.03.2020
2154
Azərbaycanın ali məktəblərində tədris ilinin müddəti 15 gün uzadılıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Təhsil nazirinin müavini Firudun Qurbanov əmr imzalayıb.

Belə ki, dərslər mayın 30-da deyil, iyunun 15-də bitəcək. İmtahanlar isə 15 iyunda başlayacaq və 13 iyulda başa çatacaq.

Buraxılış kursları istisna olmaqla digər tələbələrin dərsləri martın 27-də başlayacaq və mövcud akademik təqvimlə müəyyən edildiyi kimi mayın 30-dək deyil, iyunun 15-dək davam edəcək (15 gün - 2 həftə artırılır). Müvafiq olaraq imtahan sessiyasına mövcud akademik təqvimdə ayrılan həftələrin sayı 5 deyil, 4 həftə müəyyən edilib və 15 iyun-13 iyul tarixlərində keçiriləcək.

OXŞAR XƏBƏRLƏR