“Azərbaycan Uşaq Qaynar Xətti” ötən il ərzində 5 mindən çox uşağa dəstək olub

İQTİSADİYYAT
12:39 13.01.2023
339

24 saat fəaliyyət göstərən 116111 qısa nömrəsi köməyə ehtiyacı olan uşaq və valideynlərə açıqdır

 

"Azercell Telekom” MMC-nin, UNICEF Azərbaycanın və "Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin birgə əməkdaşlığı ilə fəaliyyət göstərən "Azərbaycan Uşaq Qaynar Xətti”nə təzyiq və şiddətə məruz qalan, gündəlik həyatda yaşadığı istənilən sıxıntı səbəbindən dəstəyə ehtiyacı olan uşaqlar, eləcə də övladları ilə bağlı hər hansısa çətinliklə üzləşən minlərlə valideyn müraciət edir. Mərkəz 18 yaşına çatmamış bütün uşaqlara və onların problemləri ilə əlaqədar zəng edən hər kəsə fasiləsiz- 7/24 rejimində xidmət göstərir. 

 

2022-ci il ərzində Uşaq Qaynar Xəttinə daxil olan 5 mindən çox müraciətin 10%-i uşaq zorakılığı ilə bağlı olub. Əvvəlki illərdəki kimi müraciətlər arasında ilk sıralarda psixoloji və fiziki zorakılıq yer alıb, lakin ötən illərdən fərqli olaraq kiberzorakılıqla bağlı müraciətlər də qeydə alınıb. Bunun səbəbi isə hazırda uşaq və yeniyetmələr arasında internetdən istifadənin kəskin şəkildə artmasıdır. Bu göstəriciləri nəzərə alan "Azercell Telekom” MMC internet məkanda düzgün davranış, uşaqların kiber təhlükələrdən qorunması mövzusunda ictimaiyyətin maarifləndirilməsinə xüsusi diqqət ayıraraq silsiləvi tədbirlər təşkil etməyi qərara alıb.

 

Zənglərin ümumi təsnifatına gəldikdə, Qaynar Xəttə daxil olan müraciətlərin 31%-i hüquqi, 28%-i psixoloji, 14%-i təhsil, 14%-i sosial, 13%-i isə səhiyyə məsələləri ilə bağlı olub. Zənglərin əhatə dairəsi Bakı ilə məhdudlaşmayıb – Azərbaycanın digər bölgələri ilə yanaşı, müraciətlər Türkiyə, Ukrayna, Rusiya kimi ölkələrdən də daxil olub. 

Müraciət edənlərə, əsasən, telefon vasitəsilə psixoloji yardım göstərilib, ehtiyac olduqda isə sosial-psixoloji reabilitasiya xidmətləri göstərilib.  19 ailəyə və 8 təhsil ocağına təcili-təxirəsalınmaz səfərlər təşkil olunub. 

 

Xatırladaq ki, "Uşaq Qaynar xətti”nə 116111 qısa nömrəsi, +994 50 680 22 80, +994 51 580 22 80, +994 51 880 11 80, +994 51 880 22 80 mobil nömrələri, [email protected] elektron poçtu, "Facebook” və "Instaqram” sosial şəbəkələri, mərkəzin saytındakı canlı çat və "uşaqqaynarxetti” mobil əlavəsi vasitəsilə müraciət etmək mümkündür.

 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

15:03 13.02.2025

Yeni yaranan ulduzu görüntüləmək mümkün oldu - FOTOLAR

15:01 13.02.2025

"Televiziya auditoriyasının alıcılıq qabiliyyəti daha yüksəkdir" - Rolan Mammadlinski

14:49 13.02.2025

Bu ölkədə ev heyvanlarına pasport almaq məcburi oldu - FOTOLAR

14:48 13.02.2025

"Nike" və "Adidas"a rəqib olan məşhur geyim şirkəti iflas etdi

14:44 13.02.2025

Elnur Bağırov təbii inhisarçılarla "vuruşa" biləcəkmi yaxud "vuruşmaq" istəyəcəkmi?

14:42 13.02.2025

Ukraynada Poroşenko və bir sıra şəxslərə qarşı sanksiyalar tətbiq edildi

14:38 13.02.2025

Azərbaycan millisinin baş məşqçisi mükafata layiq görüldü

14:38 13.02.2025

"Qalatasaray" və "Fənərbağça"nın oyunları saat neçədə, hansı telekanalda?

14:37 13.02.2025

Münxendə avtomobil izdihamın üzərinə sürülüb, xəsarət alanlar var

14:36 13.02.2025

Alişan Sevgililər günündə həyat yoldaşına Ümrə ziyarəti hədiyyə etdi

14:34 13.02.2025

İsrailin hədəfi yenə İran oldu - ABŞ mediası mühüm faktları açıqladı

14:23 13.02.2025

Burak Özcivit ilə şəkil çəkdirməyə görə 1 milyon ödəyib? - AÇIQLAMA

14:18 13.02.2025

Somali Prezidenti Səngəçal neft terminalı ilə tanış olub

14:04 13.02.2025

Koreyalı alimlər xərçəng hüceyrələrini normallaşdıran üsul tapdılar

14:01 13.02.2025

“Sputnik Azərbaycan” və "BBC Azerbaycanca" ilə bağlı qərar verildi

13:54 13.02.2025

Bəşər Əsəd Suriyadan necə qaçırılıb? - TƏFƏRRÜATLAR