Azərbaycan və Bolqarıstan XİN rəhbərləri regional vəziyyəti müzakirə etdi

Azərbaycan və Bolqarıstan XİN rəhbərləri regional vəziyyəti müzakirə etdi
SOSİAL
17:38 08.03.2026
418
Bu gün Bolqarıstanın xarici işlər naziri Nadejda Neynski Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

Bu barədə AZXEBER.COM-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Nazirlər son günlər regionda yaranmış təhlükəsizlik vəziyyəti, o cümlədən Iran tərəfindən Azərbaycan ərazisinə qarşı həyata keçirilmiş dron ilə hücumları barədə barədə müzakirə aparılıb.

Nazir Nadejda Neynski hücumları pisləyib, vəziyyətlə bağlı narahatlığını ifadə edib, regional sabitliyin qorunmasının vacibliyini vurğulayıb. O, həmçinin İranda qalan Bolqarıstan vətəndaşlarının ölkəmizin ərazisindən keçidinə göstərilən dəstəyə görə təşəkkür edib.

Telefon danışığı zamanı tərəflər həmçinin Azərbaycan ilə Bolqarıstan arasında mövcud ikitərəfli əməkdaşlığın cari vəziyyətini və inkişaf perspektivlərini müzakirə ediblər. Enerji təhlükəsizliyi, regional bağlantılar və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparılıb.
OXŞAR XƏBƏRLƏR