Azərbaycan və digər ölkələr axtarışda olan şəxsləri Türkiyəyə təhvil verdi

Azərbaycan və digər ölkələr axtarışda olan şəxsləri Türkiyəyə təhvil verdi
DÜNYA
12:21 08.02.2026
419
Azərbaycan, Gürcüstan, Almaniya, Monteneqro, Şimali Makedoniya və Yunanıstan "qırmızı bülleten"lə axtarışda olan 16 nəfəri Türkiyəyə ekstradisiya edib.

AZXEBER.COM xəbər verir ki, bu məlumatı Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X"dəki hesabında paylaşıb.

Bildirilib ki, ekstradisiya olunan şəxslər qəsdən adam öldürmə, sui-qəsdə cəhd, narkotik ticarəti, oğurluq və dələduzluq kimi cinayətlərdə ittiham olunurlar.
OXŞAR XƏBƏRLƏR