"Azərbaycan və Ermənistan arasında danışıqlarda daha fəal rol oynamağa hazırıq"

SİYASƏT
12:08 13.11.2024
93
Azərbaycan və Ermənistan arasındakı danışıqların təşviqi baxımından daha fəal rol oynamağımıza ehtiyac yaranarsa, buna hazırıq.

Bunu jurnalistlərə açıqlamasında Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

"Biz Azərbaycan və Gürcüstan arasındakı dostluq münasibətlərimizlə fəxr edirik. Əgər Azərbaycan və Ermənistan arasındakı danışıqların təşviqi baxımından daha fəal rol oynamağımıza ehtiyac yaranarsa, biz buna hazırıq, lakin bu, tərəfdaşlarla məsləhətləşmələrdən asılıdır”, - o vurğulayıb.


OXŞAR XƏBƏRLƏR