Noyabr ayının 30-da Azərbaycan ilə Ermənistan arasında sərhəd bölgəsində Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə dövlət komissiyasının Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın növbəti 5-ci iclası keçiriləcək.
"Report" xəbər verir ki, məlumatı Ermənistan KİV-i yayıb.
Məlumata görə, Azərbaycan Baş nazirinn müavini Şahin Mustafayevlə Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan arasında görüş Karvansara (İcevan) və Qazax rayonları ərazisindəki sərhədyanı məntəqədə baş tutacaq.
Məlumata görə, görüş çərçivəsində Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin demarkasiya və delimitasiyası məsələləri müzakirə olunacaq.
Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan Ermənistana sərhədyanı bölgədə təkbətək görüş keçirilməsini təklif etmişdi. Noyabrın 22-də rəsmi İrəvan sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının keçirilməsinə razılıq vermişdi.