Azərbaycan və Ermənistan prezidentləri sabah Vyanada görüşəcək

SİYASƏT
15:24 18.11.2013
1114
Noyabrın 19-da Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında görüş keçiriləcək.
AZXEBER.COM-un məlumatına görə, bu barədə ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik öz Twitter səhifəsində yazıb.
Həmsədr bildirib ki, görüş Vyanada təşkil olunacaq.
Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrləri səfərin təşkili ilə bağlı noyabr ayının əvvəlində Azərbaycan və Ermənistanda səfərdə olublar.

OXŞAR XƏBƏRLƏR