Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttinin neytral zonası yandı
12:11 11.06.2012
1040
Cəbhə xəttinin neytral zonasında yanğın olub. AZXEBER.COM-un Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadla verdiyi məlumata görə, Füzuli rayonu, Aşağı Əbdürrəhmanlı kəndində (rayon mərkəzindən 60 km aralı) cəbhə xəttinin neytral zonasında 80 ha sahədə kol-kos yanıb. Yaxınlıqdakı biçilməmiş taxıl sahələri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub.