Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin müavinləri görüşdü - FOTO

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin müavinləri görüşdü - FOTO
SİYASƏT
17:31 24.02.2026
347
Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov və Ermənistanın xarici işlər nazirinin müavini Robert Abisoğomonyan Cenevrədə BMT İnsan Hüquqları Şurasının 61-ci sessiyası çərçivəsində görüşüblər.

AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, görüş daha yüksək siyasi səviyyədə aparılmış təmasların davamı olaraq baş tutub.

Nazir müavinləri çoxtərəfli platformalar və beynəlxalq təşkilatlar çərçivəsində mümkün etimad quruculuğu tədbirlərini müzakirə ediblər.
 

 

 

 


OXŞAR XƏBƏRLƏR