Azərbaycan və Ermənistan XİN başçılarının İsveçdə görüşünün baş tutmamasının səbəbi açıqlandı - RƏSMİ

Azərbaycan və Ermənistan XİN başçılarının İsveçdə görüşünün baş tutmamasının səbəbi açıqlandı - RƏSMİ
SİYASƏT
14:00 04.12.2021
1415

Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin İsveçin paytaxtı Stokholmda görüşünün baş tutmamasının səbəbi açıqlanıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva AZXEBER.COM-a açıqlamasında bildirib ki, dekabrın 2-3-də Stokholm şəhərində ATƏT-in Nazirlər Şurasının 28-ci iclası keçirilib və Azərbaycan xarici işlər naziri bu iclasda iştirak edib:

"İclasdan öncə Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan nazirlərinin növbəti görüşünün Stokholmda keçirilməsi təklifi ilə çıxış etmişdi. Bəllidir ki, Azərbaycan hər zaman dialoqun tərəfdarıdır və bundan öncə keçirilmiş Nyu York, Minsk və Paris görüşlərində Azərbaycan xarici işlər naziri post münaqişə dövründə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində məsələlər ilə bağlı ölkəmizin mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb".

Onun sözlərinə görə, dekabrın 3-də nəzərdə tutulan görüşdən bir neçə saat öncə Ermənistan tərəfi təxribat törədib: "Belə ki, Ermənistan parlamentarlarının Azərbaycan Respublikası ərazilərinə qanunsuz səfər etməsi ilə bağlı məlumat yayıldı. Beləliklə də Azərbaycan tərəfi Ermənistanın bu təxribatına cavab olaraq, Stokholmda iki ölkə nazirinin görüşünün keçirilməsini məqsədəuyğun hesab etmədi. Göründüyü kimi, iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində Azərbaycan tərəfindən addımların atılmasına baxmayaraq, Ermənistan hərbi-siyasi təxribatlarını davam etdirir. Ermənistanın bu mövqeyi bölgədə sülh quruculuğu səylərinə xələl gətirir".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlham Əliyevin adından Vyetnamlı Baş katibin şərəfinə dövlət ziyafəti verilib
22:03 07.05.2025
İlham Əliyevin adından Vyetnamlı Baş katibin şərəfinə dövlət ziyafəti verilib
Nəsimi rayonunda baş verən yanğın söndürülüb
21:53 07.05.2025
Nəsimi rayonunda baş verən yanğın söndürülüb
Azərbaycan Prezidentinin Vyetnam KP MK Baş katibi ilə geniş tərkibdə görüşü keçirilib
21:46 07.05.2025
Azərbaycan Prezidentinin Vyetnam KP MK Baş katibi ilə geniş tərkibdə görüşü keçirilib
Sikstin kapellasında Roma Papası seçkiləri başlanıb
21:41 07.05.2025
Sikstin kapellasında Roma Papası seçkiləri başlanıb
Sahibə Qafarova BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşüb
21:34 07.05.2025
Sahibə Qafarova BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşüb
To Lam Birgə Bəyanatda əks olunan müddəaların icrası üçün beş məsələ təklif edib
21:27 07.05.2025
To Lam Birgə Bəyanatda əks olunan müddəaların icrası üçün beş məsələ təklif edib
Nəsimi rayonunda küçədə yanğın başlayıb, sakinlərin təxliyəsi aparılır
21:13 07.05.2025
Nəsimi rayonunda küçədə yanğın başlayıb, sakinlərin təxliyəsi aparılır
Özbəkistandan olan nümayəndələr Azərbaycanın dövlət qurumlarının fəaliyyəti ilə tanış olublar
21:09 07.05.2025
Özbəkistandan olan nümayəndələr Azərbaycanın dövlət qurumlarının fəaliyyəti ilə tanış olublar
Prezident İlham Əliyevin Moskva səfərinin təxirə salınmasının səbəbləri məlum olub
21:04 07.05.2025
Prezident İlham Əliyevin Moskva səfərinin təxirə salınmasının səbəbləri məlum olub
Prezident və xanımı rəsmi qonaqlarla “Gülüstan” sarayında
20:58 07.05.2025
Prezident və xanımı rəsmi qonaqlarla “Gülüstan” sarayında
Sabirabadda kişi küçədə özünü asdı
20:52 07.05.2025
Sabirabadda kişi küçədə özünü asdı
Rəcəb Tayyib Ərdoğan Şahbaz Şəriflə telefon danışığı aparıb
20:47 07.05.2025
Rəcəb Tayyib Ərdoğan Şahbaz Şəriflə telefon danışığı aparıb
Pakistan XİN Hindistanın hərəkətlərini qınayıb və onun məsuliyyətə cəlb edilməsinə çağırıb
20:39 07.05.2025
Pakistan XİN Hindistanın hərəkətlərini qınayıb və onun məsuliyyətə cəlb edilməsinə çağırıb
Ceyhun Bayramov İraqın Baş naziri ilə görüşüb
20:27 07.05.2025
Ceyhun Bayramov İraqın Baş naziri ilə görüşüb
Sabah bu ərazilərdə qaz olmayacaq
20:22 07.05.2025
Sabah bu ərazilərdə qaz olmayacaq
Azərbaycan və Vyetnam arasında imzalanmış sənədlərin mübadiləsi olub
20:16 07.05.2025
Azərbaycan və Vyetnam arasında imzalanmış sənədlərin mübadiləsi olub