Azərbaycan və Ermənistan XİN rəhbərləri Kiyevdə görüşəcək

SİYASƏT
15:26 03.12.2013
980

ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində dekabrın 5-də Kiyevdə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında görüş keçiriləcək.

AZXEBER.COM “Armenia today”ə istinadən xəbər verir ki, bunu Ermənistanın XİN rəhbəri Edvard Nalbandyandeyib.Prezidentlərin Vyana görüşünə toxunan E.Nalbandyan onu konstruktiv adlandırıb və 2012-ci ilin yanvarından bəri ilk görüş olduğunu vurğulayıb.O, mümkün qədər danışıqlarda irəliləyişə nail olmaq istədiklərini deyib:“Təbii ki, hər iki tərəfin münaqişəni həll etmək üçün arzusunun olması vacibdir”. E.Nalbandyan qeyd edib ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiqdir:“Azərbaycan belə yanaşma nümayiş etdirərsə, danışıqlar prosesini irəli aparıb, münaqişənin həllinə yaxınlaşmaq olar”.

OXŞAR XƏBƏRLƏR