Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan XİN rəhbəri Ararat Mirzoyan arasında ikitərəfli görüş başa çatıb.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, görüş Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilib.
İkitərəfli görüşdən sonra geniş tərkibli nümayəndə heyətləri bir araya gəlib.
Regional, nəqliyyat və s. məsələlər müzakirə olunub.