ATƏT Xarici İşlər Nazirləri Şurasının Skopyedə keçirilən iclası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyanın görüşü nəzərdə tutulmayıb.
Bu barədə Ermənistan XİN-in Mətbuat Xidmətindən məlumat verilib.
"ATƏT nazirlərinin Skopye forumu çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü planlaşdırılmır”, - deyə məlumatda bildirilib.










































