Azərbaycan və Fransa prezidentləri arasında görüş keçirildi

SİYASƏT
10:06 25.04.2015
1426

Görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək.

Bu gün səhər Azərbaycan prezidenti İlham Əliyev və Bakıda işgüzar səfərdə olan Fransa prezidenti Fransua Olland arasında təkbətək görüş keçirilib.AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, görüşdən sonra Azərbaycan və Fransanın Təhsil nazirlikləri arasında Azərbaycan Fransız Universitetinin yaradılması haqqında niyyət protokolu imzalanıb.

Qeyd edək ki, F.Olland Bakıya aprelin 24-də axşam gəlib.

OXŞAR XƏBƏRLƏR