Azərbaycan və Gürcüstanın Gənclər və İdman nazirlərinin birgə mətbuat konfransı keçirilib

İDMAN
10:00 18.10.2013
1043

17 oktyabr tarixində Gürcüstanın Idman və Gənclər nazirliyində Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini İntiqam Babayev və Gürcüstanın idman və gənclər naziri Levan Kipianinin “ Beynəlxalq Gənclər Festivalı”na həsr olunmuş birgə mətbuat konfransı keçirildi.

AZXEBER.COM Gənclər xə İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovaya istinadən xəbər verir ki, festivalın keçirilməsində məqsəd iki ölkə arasında gənclər və idman sahəsində əməkdaşlığı inkişaf etdirmək, ünsiyyət və əlaqələrin formalaşdırılmasına şərait yaratmaqdır.Gürcüstanın idman və gənclər naziri Levan Kipiani hər kəsi salamladıqdan sonra, ortaq layihələrin gənclər sahəsinə göstərdiyi önəmdən danışdı. Nazir qeyd etdi ki, hər iki ölkə tərəfdən bu layihədə 100-ə yaxın gənc iştirak edir. Öz növbəsində İntiqam Babayev hər zaman Gürcüstan və Azərbaycan xalqlarının birgə layihələri, bu layihələrin nəticəsi olaraq qazanılan uğurlar haqqında söz açdı. Nazir müavini qeyd etdi ki, 18 oktyabr tarixində Gürcüstanın Sinqnaxi şəhərində baş tutacaq festival hər iki ölkənin gəncləri üçün mədəniyyət və idman sahələrinin tanınması baxımından çox önəmli olacaq. İ.Babayev Azərbacanın bu layihəyə böyük bir nümayəndə heyəti ilə qatıldığını bildirdi.19 oktyabr tarixinədək davam edəcək festival çərçivəsində Azərbaycan Respubliaksı Hökuməti və Gürcüstan Hökuməti arasında gənclərlərlə iş və idman sahələrində imzalanmış əməkdaşlıq haqqında Sazişlərin müddəalarını həyata keçirilməsi üçün 2014-2015-ci illər üçün tədbirlər planı imzalanacaqdır. Bundan başqa idman yarışları, müxtəlif sənətkarlıq işlərinin sərgisi, milli xörəklərimizin nümayişi, moda sərgisi, hər iki ölkənin gənclər təşkilatları ilə görüş və Azərbaycan və Gürcü gənclərinin iştirakı ilə konsert proqramının təşkili nəzərdə tutulub.

OXŞAR XƏBƏRLƏR