Azərbaycan və Haiti yığmaları arasında keçiriləcək yoldaşlıq oyununa 1400 bilet satılıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə "Report"a AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli məlumat verib.
Hazırda bilet satışı davam edir. Qiymətlər müvafiq olaraq 2, 5 və 10 (VİP) manatdır.
Qeyd edək ki, martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək Azərbaycan – Haiti görüşü saat 21:45-də başlayacaq.