"Azərbaycan və Çin strateji tərəfdaşdır"

"Azərbaycan və Çin strateji tərəfdaşdır"
SİYASƏT
13:32 14.02.2025
563
Azərbaycan-Çin münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi ikitərəfli əlaqələrin yeni mərhələyə daxil olmasını və daha dərin inteqrasiyanı nümayiş etdirir. Bu tərəfdaşlıq iqtisadiyyat, ticarət, enerji, nəqliyyat və logistika, texnologiya və rəqəmsal infrastruktur, eləcə də mədəni və humanitar əlaqələri əhatə etməklə geniş spektrdə əməkdaşlıq imkanlarını artırır. Çin ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir.

Davosda Çinin CGTN televiziya kanalına müsahibəsində cənab Prezident İlham Əliyev Azərbaycan-Çin münasibətləri ilə bağlı fikirlərini ifadə edib, ölkələr arasında əlaqələri yüksək dəyərləndirib. Dövlət başçısının dediyi kimi, Çin və Azərbaycan dost, strateji tərəfdaş ölkələrdir." Bu gün Azərbaycanla Çin arasında münasibətlər uğurla inkişaf edir. Azərbaycan Prezidenti cənab İlham Əliyev ilə Çin Xalq Respublikasının lideri cənab Si Cinpin arasında dostluq münasibətləri ölkələrimizin qarşılıqlı əlaqələrinin güclənməsində müstəsna əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, ötən il Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilmiş Şanxay Əməkdaşıq Təşkilatının sammiti çərçivəsində dövlət başçılarımızın görüşü zamanı strateji tərəfdaşlıq münasibətlərinin qurulmasına dair birgə Bəyannamə qəbul edilib. Bu sənəd Azərbaycan-Çin münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəldir”.

Çinin irəli sürdüyü "Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri olan Azərbaycan, o cümlədən Çinlə nəqliyyat-logistikaya dair qlobal təşəbbüslər müstəvisində sıx əməkdaşlıq qurub. Ölkəmiz bu istiqamətdə ciddi praktiki layihələr həyata keçirib və "Bir kəmər, bir yol” layihəsinin mühüm hissəsi olan Orta Dəhlizin infrastrukturunun inkişafına əhəmiyyətli investisiyalar yatırıb”.

Çin şirkətlərinin yalnız xidmət və texnologiyaların təmin edilməsində yox, həmçinin Azərbaycana investisiya yatırmaqda maraqlıdırlar, belə ki, COP29-da Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında Xəzər dənizinin dibi ilə enerji kabelinin çəkilməsi ilə bağlı müqavilə imzalanıb. Bununla da Mərkəzi Asiya ilə Azərbaycan və potensial olaraq Çin enerji kabeli ilə bir-birinə bağlanıb. Digər bir layihədə belə bir kabel xətti Qara dənizin dibi ilə Azərbaycandan Avropaya uzanacaq. Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi - Orta Dəhliz Çindən Avropaya və geriyə yüklərin çatdırılması üçün ən səmərəli və təhlükəsiz marşrutdur. Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ilə Çindən Türkiyəyə yük daşımalarının müddəti bir aydan 12 günə qədər azalıb. Çindən göndərilən bu yüklərin Türkiyə vasitəsilə Qərbi Avropa ölkələrinə çatdırılması isə ümumilikdə cəmi 18 günə baş verir. 

Bəli, Azərbaycan–Çin əlaqələri çox­şaxəli struktura malikdir. Burada enerji keçidi, bərpa olunan enerji sahəsində əməkdaşlıqdan tutmuş istehsal sahələ­rinədək bir sıra məqamlar var. Məsələn, Azərbaycanda elektrik mühərrikli avto­busların istehsalı sahəsində Çinin "BYD Company Limited” (BYD) şirkəti ilə iş­birliyinə start verilib. Avtobusların yerli istehsalına isə bu il başlanılması planlaşdırılır. Bakı ilə Sıçuan əyaləti, Gəncə ilə Çindaonun, Sumqayıt ilə Sian və Myenyan şəhərlərinin, Çunçin şəhərinin Cyancin rayonunun, Naxçıvan Muxtar Respublikası ilə Çunçin şəhərinin, Bakı şəhərinin Xəzər rayonu ilə Quancou şəhər bələdiyyəsinin Nanşa rayonunun əməkdaşlığına dair sənədlərin imzalanması isə nikbin mənzərəyə xüsusi ovqat qatır. Habelə, elm və təhsil sahəsində əməkdaşlığın inkişafını, Pekin Dillər Universitetində Azərbaycan dilinin tədrisi kafedrasının mövcudluğunu, ölkəmizin ali məktəblərində Konfutsi institutlarının uğurlu fəaliyyətini də qeyd etməliyik.

Bütün bunlarla yanaşı, bir məqamı da xüsusi vurğulamağa ehtiyac var. Heydər Əliyev Fondu Azərbaycanla Çin arasında mədəni və humanitar mübadilənin əsas hərəkətverici qüvvəsidir. Fond "Çinin Xarici Ölkələrlə Dostluq üzrə Xalq Cəmiyyəti” ilə birlikdə müxtəlif layihələr həyata keçirir ki, bu fəaliyyətin də uğuru göz önündədir. Bundan başqa, 2023-cü ilin aprelində Pekində Heydər Əliyev Fondunun vitse-prezidenti xanım Leyla Əliyevanın "Yalnız bir dəfə yaşayırsan” poeziya kitabının Çin dilinə tərcümə olunmuş variantının təqdimatı keçirilib. Nəzərə alaq ki, bu nəşr Çin Xarici Dillər Nəşriyyatı Administrasiyası tərəfindən ölkələrin mədəni və humanitar sahələrdəki əməkdaşlığının gözəl nümunəsi kimi qiymətləndirilib.

Azərbaycanla Çin arasında qarşılıqlı anlaşma var: "Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında birgə bəyannamədə qeyd olunub ki, tərəflərin strateji tərəfdaşlığı qarşılıqlı hörmətə, bərabərlik, etimad və qarşılıqlı dəstəyə əsaslanır, Azərbaycanla Çin xarici amillərdən asılı olmayaraq bir-birini etibarlı tərəfdaş hesab edir. İki ölkə arasında münasibətlər ərazi bütövlüyünə və suverenliyə qarşılıqlı hörmətə, daxili işlərə qarışmama prinsiplərinə əsaslanır, separatçılıqdan uzun illər əziyyət çəkən Azərbaycan "Vahid Çin” prinsipini qətiyyətlə dəstəkləyir və Tayvanı Çinin ayrılmaz hissəsi kimi qəbul edir.
Azərbaycan-Çin strateji tərəfdaşlığı həm ikitərəfli əsasda, həm də regional və beynəlxalq təşkilatlar çərçivəsində təmasların artırılması, mübadilələrin intensivləşdirilməsi və əməkdaşlığın hərtərəfli dərinləşməsi işinə yeni dinamika gətirir.

Fuad Hüseynzadə
Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın katibi, Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Türkiyə, Çin, Yaponiya, İspaniya… – Leysanın fəlakətə çevrildiyi ölkələr
14:41 15.10.2026
Türkiyə, Çin, Yaponiya, İspaniya… – Leysanın fəlakətə çevrildiyi ölkələr
“Ermənistana sanksiya yox, dəstək verildi”
14:20 15.10.2026
“Ermənistana sanksiya yox, dəstək verildi”
“Bakının havası tənəffüs yolları üçün zərərli kokteyldir” – XƏBƏRDARLIQ
14:16 15.10.2026
“Bakının havası tənəffüs yolları üçün zərərli kokteyldir” – XƏBƏRDARLIQ
Yaponiya Rusiyanın casusluq iddialarını rədd etdi
14:10 15.10.2026
Yaponiya Rusiyanın casusluq iddialarını rədd etdi
Vyetnam Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir
14:04 15.10.2026
Vyetnam Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir
Aydın Tağıyev: “Sülhün 2031-ci ilə qədər uzadılması Azərbaycan üçün qəbuledilməzdir”
13:50 15.10.2026
Aydın Tağıyev: “Sülhün 2031-ci ilə qədər uzadılması Azərbaycan üçün qəbuledilməzdir”
İlham Əliyev: Separatçıların liderləri üzərində məhkəmə Nürnberq tribunalının analoqu idi
13:42 15.10.2026
İlham Əliyev: Separatçıların liderləri üzərində məhkəmə Nürnberq tribunalının analoqu idi
İlham Əliyev: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır
13:25 15.10.2026
İlham Əliyev: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır
İsrail Prezidenti: Azərbaycan çox tolerant ölkədir
13:20 15.10.2026
İsrail Prezidenti: Azərbaycan çox tolerant ölkədir
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:19 15.10.2026
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
"Azərbaycan və Ermənistan arasında sülh Şərqlə Qərbin əlaqələri üçün yeni perspektivlər yaradır"
13:18 15.10.2026
"Azərbaycan və Ermənistan arasında sülh Şərqlə Qərbin əlaqələri üçün yeni perspektivlər yaradır"
AccessBank və AYİB  Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
13:08 15.10.2026
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
12:48 15.10.2026
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
Prezident: Azərbaycan ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir
12:42 15.10.2026
Prezident: Azərbaycan ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir
ATB-nin xalis mənfəəti 62% artıb
12:41 15.10.2026
ATB-nin xalis mənfəəti 62% artıb
Prezident: Müharibə bizim seçimimiz olmayıb, bizi buna Ermənistan məcbur edib
12:41 15.10.2026
Prezident: Müharibə bizim seçimimiz olmayıb, bizi buna Ermənistan məcbur edib