Azərbaycan və Mərakeş arasında viza rejimi ləğv edilir

SİYASƏT
17:56 20.06.2024
280
Azərbaycan və Mərakeş ümumvətəndaş pasportlarının sahiblərini viza tələbindən azad edir.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçiriləcək iclasının gündəliyinə daxil edilən "Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında ümumvətəndaş pasportlarının sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb.

OXŞAR XƏBƏRLƏR