Azərbaycan və Moldova prezidentləri arasında görüş keçirilib

Azərbaycan və Moldova prezidentləri arasında görüş keçirilib
SİYASƏT
22:10 15.03.2018
2380

Prezident İlham Əliyev martın 15-də Moldova Respublikasının prezidenti İqor Dodonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

Dövlət başçısı Moldova prezidentinin VI Qlobal Bakı Forumunda iştirakının önəminə diqqət çəkib. O, İ. Dodonun Azərbaycana səfəri zamanı əldə olunmuş razılaşmaların artıq həyata keçirildiyini məmnunluqla vurğulayıb. Prezident İlham Əliyevölkələr arasında əlaqələrin müxtəlif sahələrdə inkişaf etdirilməsi üçün yaxşı potensialın mövcud olduğunu deyib və gələcəkdə siyasi, iqtisadi, humanitar, investisiya və digər sahələrdə birgə qarşılıqlı fəaliyyətin müəyyənləşdirilməsinin önəmini qeyd edib.

 

İ. Dodon isə VI Qlobal Bakı Forumuna dəvətə görə minnətdarlığını bildirib. Tədbirin önəmini qeyd edən Moldova prezidenti Forumda ölkəsinin ilk dəfə təmsil olunmasını məmnunluqla vurğulayıb. Ölkələr arasında ənənəvi dostluq münasibətlərinin mövcud olduğunu deyən qonaq yaxın zamanlarda hökumətlərarası komissiyanın fəaliyyətə başlayacağına ümidvar olduğunu söyləyib. Ötən il Azərbaycana səfərini məmnunluqla xatırlayan İqor Dodon bu səfər zamanı keçirilən görüşlərin artıq nəticələr verdiyini təkrarlayıb. O, bir neçə gün bundan əvvəl Qaqauziyada Heydər Əliyev Fondunun nümayəndələri ilə birlikdə mühüm sosial layihənin təməlinin qoyulması mərasimində özünün şəxsən iştirak etdiyini də deyib.

Prezident İ. Dodon əlaqələrin möhkəmlənməsi işində Moldovada fəaliyyət göstərən Azərbaycan diasporunun rolunu xüsusi qeyd edib.

 

Prezident İlham Əliyevin martın 15-də Moldova Respublikasının prezidenti İqor Dodon ilə görüşüb.

 

///Apa.az



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Avropa Liqası: "Sabah"ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
17:16 17.06.2025
Avropa Liqası: "Sabah"ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
Bu ərazilərdə qaz təchizatında fasilə yaranacaq
17:00 17.06.2025
Bu ərazilərdə qaz təchizatında fasilə yaranacaq
İsrailin müdafiə naziri: Tehrandakı 10 nüvə obyekti bu gün məhv ediləcək
16:32 17.06.2025
İsrailin müdafiə naziri: Tehrandakı 10 nüvə obyekti bu gün məhv ediləcək
"Niyə məsuliyyətsiz, şüursuz, savadsız adamlar evlənir?" - Murad Arif dilə gəldi
16:28 17.06.2025
"Niyə məsuliyyətsiz, şüursuz, savadsız adamlar evlənir?" - Murad Arif dilə gəldi
Lerik və Gədəbəyə yeni prokurorlar təyin edilib
16:27 17.06.2025
Lerik və Gədəbəyə yeni prokurorlar təyin edilib
Çin lideri İsrailin İrana hücumlarından narahatdır
16:20 17.06.2025
Çin lideri İsrailin İrana hücumlarından narahatdır
Tanınmış fotoqraf qəfil vəfat etdi
16:17 17.06.2025
Tanınmış fotoqraf qəfil vəfat etdi
“Unibank” səhiyyə işçiləri üçün xüsusi kampaniya keçirir: 0 % komissiyalı kredit
15:46 17.06.2025
“Unibank” səhiyyə işçiləri üçün xüsusi kampaniya keçirir: 0 % komissiyalı kredit
“Skytrax” AZAL-ı yenidən Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti elan etdi
15:44 17.06.2025
“Skytrax” AZAL-ı yenidən Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti elan etdi
Qaraçuxurda narkokuryerlik edən şəxsdən 3 kq marixuana aşkarlandı
15:42 17.06.2025
Qaraçuxurda narkokuryerlik edən şəxsdən 3 kq marixuana aşkarlandı
ÜST: Qəzza xəstəxanalarında 2 milyon əhali üçün cəmi 1500 çarpayı var
15:35 17.06.2025
ÜST: Qəzza xəstəxanalarında 2 milyon əhali üçün cəmi 1500 çarpayı var
Xalq artisti Fidan Qasımovanın doğum günüdür
15:33 17.06.2025
Xalq artisti Fidan Qasımovanın doğum günüdür
Bu şənbə rəsmi iş günüdür
15:18 17.06.2025
Bu şənbə rəsmi iş günüdür
"Bakı–Qazax qatar biletlərinin qiymətində xoşagələn vəziyyət yoxdur" - O pula Budapeştdən Vyanaya getmək olar (RƏY)
15:10 17.06.2025
"Bakı–Qazax qatar biletlərinin qiymətində xoşagələn vəziyyət yoxdur" - O pula Budapeştdən Vyanaya getmək olar (RƏY)
Kreml: Moskva İrandan rusiyalıların təxliyəsində göstərdiyi köməyə görə Bakıya minnətdardır
14:55 17.06.2025
Kreml: Moskva İrandan rusiyalıların təxliyəsində göstərdiyi köməyə görə Bakıya minnətdardır
"Haber Global": "Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq hədəfə alınır"
14:53 17.06.2025
"Haber Global": "Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq hədəfə alınır"