Azərbaycan və Pakistan HDQ-nin inkişaf perspektivləri müzakirə edilib

Azərbaycan və Pakistan HDQ-nin inkişaf perspektivləri müzakirə edilib
SOSİAL
17:44 01.12.2022
119
Azərbaycan və Pakistan HDQ-nin inkişaf perspektivləri müzakirə edilib.

Bu barədə AZXEBER.COM-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Bakıda Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı vitse-admiral Sübhan Bəkirov Pakistan İslam Respublikasının Hərbi Dəniz Qüvvələri komandanı admiral Muhammad Amcad Xan Niazinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Əvvəlcə HDQ-də rəsmi qarşılanma mərasimi keçirilib. Pakistan HDQ komandanı fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin dövlət himni səsləndirilib.

Ümummilli lider Heydər Əliyevin hərbi hissənin ərazisində ucaldılan abidəsi önünə əklil qoyularaq xatirəsi ehtiramla yad edilib.

Sonra Pakistan nümayəndə heyətinin rəhbəri "Fəxri qonaqlar kitabı"nı imzalayıb.

HDQ komandanı vitse-admiral S.Bəkirov qonaqları salamlayaraq ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edib.

Nümayəndə heyətinə HDQ-nin tarixi və fəaliyyəti haqqında geniş brifinq təqdim edilib.

Göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirən admiral M.A.X.Niazi hər iki ölkənin HDQ-nin daha da inkişaf etdirilməsi istiqamətində görülən işlərin əhəmiyyətini diqqətə çatdırıb.

Görüşdə Azərbaycan-Pakistan HDQ arasında hərbi, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparılıb.

Sonra hərbi gəmilərə baxış keçirilib, onların taktiki-texniki xüsusiyyətləri, həmçinin gəmi heyətinin yerləşməsi və qidalanması ilə bağlı nümayəndə heyətinə məlumat verilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İsveç Kristina Yohannessonu Rusiyaya yeni səfir təyin edib
19:29 31.07.2025
İsveç Kristina Yohannessonu Rusiyaya yeni səfir təyin edib
"Qalatasaray" Edersonun transferini yekunlaşdırır - Detallar açıqlandı
19:14 31.07.2025
"Qalatasaray" Edersonun transferini yekunlaşdırır - Detallar açıqlandı
Ermənistan polisi zirehli döyüş maşınları ilə təmin ediləcək
18:54 31.07.2025
Ermənistan polisi zirehli döyüş maşınları ilə təmin ediləcək
"İmişli" serbiyalı yarımmüdafiəçi ilə müqavilə bağlayıb
18:34 31.07.2025
"İmişli" serbiyalı yarımmüdafiəçi ilə müqavilə bağlayıb
Füzulidə yük maşını ilə evakuator toqquşub, 2 nəfər xəsarət alıb
18:26 31.07.2025
Füzulidə yük maşını ilə evakuator toqquşub, 2 nəfər xəsarət alıb
Canlı yayıma hazırlaşan jurnalistin telefonu oğurlandı
18:23 31.07.2025
Canlı yayıma hazırlaşan jurnalistin telefonu oğurlandı
Bu ölkə Avropa Birliyinə çağırış etdi: İsrail Qəzzadakı öhdəliklərini yerinə yetirmir
18:12 31.07.2025
Bu ölkə Avropa Birliyinə çağırış etdi: İsrail Qəzzadakı öhdəliklərini yerinə yetirmir
Türkiyədə qadın ilk dəfə briqada generalı oldu
18:11 31.07.2025
Türkiyədə qadın ilk dəfə briqada generalı oldu
Tibb elmi ŞOKDA: Dünyanın ən qoca körpəsi 31 yaşında doğuldu
18:00 31.07.2025
Tibb elmi ŞOKDA: Dünyanın ən qoca körpəsi 31 yaşında doğuldu
İran Prezidenti: Azərbaycanla əlaqə qura bilməməyin təqsiri bizdədir
17:59 31.07.2025
İran Prezidenti: Azərbaycanla əlaqə qura bilməməyin təqsiri bizdədir
“Unibank”dan 0% komissiyalı kredit fürsəti – cəmi 2 gün!
17:51 31.07.2025
“Unibank”dan 0% komissiyalı kredit fürsəti – cəmi 2 gün!
Füzulidə yük maşını evakuatorla toqquşdu - VİDEO
17:50 31.07.2025
Füzulidə yük maşını evakuatorla toqquşdu - VİDEO
Bakı-Qazax yolunun bu hissələrində təmir aparılacaq - Sürücülərin nəzərinə!
17:46 31.07.2025
Bakı-Qazax yolunun bu hissələrində təmir aparılacaq - Sürücülərin nəzərinə!
Yayın istisində işıqsız qalan Binə sakinləri: "Problem nə zaman həll olunacaq?"
17:33 31.07.2025
Yayın istisində işıqsız qalan Binə sakinləri: "Problem nə zaman həll olunacaq?"
Sabahdan Bakı-Qazax yolunda avtomobillərin hərəkəti mərhələli məhdudlaşdırılacaq
17:30 31.07.2025
Sabahdan Bakı-Qazax yolunda avtomobillərin hərəkəti mərhələli məhdudlaşdırılacaq
Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosiasiyasına yeni baş katib təyin olundu
17:29 31.07.2025
Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosiasiyasına yeni baş katib təyin olundu