Azərbaycan və Pakistan iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən ticarət, investisiya, sənaye və enerji sahələrində əməkdaşlığın inkişafı perspektivləri barədə fikir mübadiləsi aparıblar.
AZXEBER.COM xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarovun Bakıda səfərdə olan Pakistan nümayəndə heyəti ilə görüşündə qeyd edilib.
Pakistanın İnvestisiyalar üzrə Şurasının federal naziri Çaudri Salik Hüseyn, sənayelər və istehsal naziri Seyid Murtaza Mahmud və neft üzrə dövlət naziri Musadik Məsud Malikin iştirak etdiyi görüşdə Pakistanla Azərbaycan arasında sıx dostluq və qardaşlıq münasibətləri vurğulanıb, iqtisadi əməkdaşlığın gücləndirilməsi üçün böyük potensial, keçirilən görüşlərin və aparılan səmərəli müzakirələrin tərəfdaşlığın genişlənməsində rolu qeyd edilib.
we have touched upon the opportunities created by our bilateral relations, which are based on friendship and mutual support, for the strengthening of #economic ties, as well as the cooperation in the fields of #investment-s, trade and energy.
— Mikayil Jabbarov (@MikayilJabbarov) February 22, 2023
2/2#EconomyAz pic.twitter.com/mkNeIbqCDR