Azərbaycan və Qazaxıstan ticarət dövriyyəsini bir milyard dollara çatdırmağı hədəfləyir - VİDEO

Azərbaycan və Qazaxıstan ticarət dövriyyəsini bir milyard dollara çatdırmağı hədəfləyir - VİDEO
SİYASƏT
23:25 11.04.2023
205
Azərbaycan və Qazaxıstan arasında iqtisadi sahədə əlaqələr dinamik inkişaf edir. bu əlaqələrin daha da möhkəmlənməsi və ticarət həcminin artırılması üçün imkanlar böyükdür. İki ölkə arasında yükdaşımaların həcmini artırmaq üçün müvafiq addımlar atılır. 
Azərbaycanla Qazaxıstan arasında imzalanan sazişlər iqtisadi sahələrdə əməkdaşlığı daha da dərinləşdirəcək. İki ölkə arasında ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması hədəflənir. 
İqtisadiyyat naziri Mikayıl Cabbarov İctimai TV-yə bu barədə danışıb: "Cənab Prezidentin müvafiq tapşırıqlarına və göstərişlərinə uyğun olaraq Qazaxıstanla həm ənənəvi sahələrdə - energetika, nəqliyyat, həm yeni sahələrdə böyük irəliləyişlər və artıq ilkin nəticələri görürük. Belə ki, 2022-ci ili son nəticələrinə görə ölkələrimiz arasında ticarət dövriyyəsi bizim gömrük statistikasına əsasən 4 dəfədən çox artıb və təxminən 590 milyon manat təşkil edir. Artıq Astanada keçirilən görüşlərdə bu rəqəmin yaxın illərdə 1 milyard dollara çatdırılması hədəfi qoyulub”. 
 
Azərbaycandan Qazaxıstana daha böyük həcmdə kənd təsərrüfatı və digər məhsullar ixrac ediləcək.
 
Nazir Mikayıl Cabbarov qeyd edib ki, bir neçə il bundan öncə Aktau şəhərində Azərbaycan tərəfindən böyük və müasir yük terminalının tikintisi həyata keçirilibdir. Qazax tərəfi həmin terminaldan daha faydalı istifadə etməkdə marağı olduğunu bildirərək, o cümlədən Azərbaycandan Qazaxıstana daha böyük həcmdə kənd təsərrüfatı və digər ölkəmizdə istehsal olunan məhsulların təchiz edilməsində maraqlı olduğunu gündəmə gətirmişdir.    
 
Qarşıya qoyulan hədəflərdən biri də Orta Dəhlizin imkanlarından daha geniş istifadə etməkdir. Bununla da iki ölkə arasında yükdaşımaların həcmi daha da artacaq. Eləcə də Azərbaycanın Xəzər dənizində ən müasir gəmiqayırma zavoduna malik olması nəzərə alınmaqla Qazaxıstan tərəfindən yeni gəmilərin sifarişilə bağlı da razılaşma əldə edilib.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
​“Evi sökülən vətəndaşa 80-100 min verilir, amma bazarda qiymət 200 mindir”
16:18 14.03.2025
​“Evi sökülən vətəndaşa 80-100 min verilir, amma bazarda qiymət 200 mindir”
“City Garden Narimanov”da qısa müddətdə təhvil veriləcək mənzillər faizsiz kreditlə!
16:16 14.03.2025
“City Garden Narimanov”da qısa müddətdə təhvil veriləcək mənzillər faizsiz kreditlə!
Magistraturaya qəbul nəticələri - Maksimum 97.5 bal toplanıldı
16:09 14.03.2025
Magistraturaya qəbul nəticələri - Maksimum 97.5 bal toplanıldı
Bukmekerlərin proqnozuna görə İsveç yenidən qalib olacaq
16:04 14.03.2025
Bukmekerlərin proqnozuna görə İsveç yenidən qalib olacaq
"Qondarma rejimin “ordusu” Ermənistan Silahlı Qüvvələrin ən böyük silahlı birləşməsi idi"
15:46 14.03.2025
"Qondarma rejimin “ordusu” Ermənistan Silahlı Qüvvələrin ən böyük silahlı birləşməsi idi"
AccessBank  BlueOrchard Fondundan $8 mln kredit cəlb edib
15:29 14.03.2025
AccessBank BlueOrchard Fondundan $8 mln kredit cəlb edib
"Qlobal Bakı Forumu mühüm məsələlərin həllində aparıcı beynəlxalq platformaya çevrilib"
15:27 14.03.2025
"Qlobal Bakı Forumu mühüm məsələlərin həllində aparıcı beynəlxalq platformaya çevrilib"
Tərtərdə 34 yaşlı kişi öldürüldü - Atası tutuldu
15:08 14.03.2025
Tərtərdə 34 yaşlı kişi öldürüldü - Atası tutuldu
Aİ Ədalət Məhkəməsi PKK-nın etirazını rədd etdi
15:02 14.03.2025
Aİ Ədalət Məhkəməsi PKK-nın etirazını rədd etdi
"Xərçəng olduğumu çəkiliş meydançasında öyrəndim" - Canan Ergüder
15:00 14.03.2025
"Xərçəng olduğumu çəkiliş meydançasında öyrəndim" - Canan Ergüder
Sürücülərin nəzərinə: Martın 17-si saat 06:00-dan...
14:51 14.03.2025
Sürücülərin nəzərinə: Martın 17-si saat 06:00-dan...
Mirzoyan: Ermənistan-Türkiyə normallaşma prosesi davam edir
14:40 14.03.2025
Mirzoyan: Ermənistan-Türkiyə normallaşma prosesi davam edir
İstirahət günlərində Milli parklarda gözlənilən hava şəraiti açıqlandı
14:30 14.03.2025
İstirahət günlərində Milli parklarda gözlənilən hava şəraiti açıqlandı
Putin ötən gün Trampın xüsusi nümayəndəsini qəbul edib
14:13 14.03.2025
Putin ötən gün Trampın xüsusi nümayəndəsini qəbul edib
Şimali Makedoniya Prezidentinin Azərbaycana səfəri başa çatdı
13:46 14.03.2025
Şimali Makedoniya Prezidentinin Azərbaycana səfəri başa çatdı
Aİ Şurasının rəhbəri: Bakı və İrəvan arasında sülh prosesində irəliləyişi alqışlayırıq
13:33 14.03.2025
Aİ Şurasının rəhbəri: Bakı və İrəvan arasında sülh prosesində irəliləyişi alqışlayırıq