Azərbaycan və Qırğızıstan dost, qardaş və tərəfdaşdırlar

Azərbaycan və Qırğızıstan dost, qardaş və tərəfdaşdırlar
SİYASƏT
10:36 25.04.2022
513
Azərbaycan və Qırğızıstan türkdilli respublikalar olmaqla yanaşı, həm də dost və qardaş ölkələrdir. Hər iki ölkə bütün beynəlxalq təşkilatlarda, həmçinin BMT, ATƏT, İslam Əməkdaşlıq, Türk Dövlətləri Təşkilatı, ECO çərçivəsində həmişə biri-birini dəstəkləyir.
 
Azərbaycanın Qoşulmama Hərəkatında sədrlik müddətinin uzadılmasında da digər türkdilli ölkələrlə bərabər Qırğızıstan Respublikasının da yaxından dəstəyi olub.
 
Azərbaycan və Qırğızıstan Respublikası dost və qardaş ölkə olmaqla bərabər, həm də tərəfdaşdırlar. Respublikaların eyni zamanda əmtəə, ticarət əlaqələri var ki, bu əlaqələri daha da genişləndirmək nəzərdə tutulur.
 
Qırğızıstan Respublikasının Prezidenti Sadir Japarov bu günlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəvəti ilə ölkəmizdə rəsmi səfərdə olub.
 
Azərbaycan və Qırğızıstan prezidentlərinin 20 aprel 2022-ci il tarixdə baş tutan görüşündə respublikalar arasında nəqliyyat infrastrukturu və Şərq-Qərb nəqliyyat dəhlizinin daha səmərəli fəaliyyət göstərilməsi ilə bağlı görüləcək işlər müzakirə olunub. Regional mövzulara dair fikir mübadiləsi aparılıb. Ümumiyyətlə ikitərəfli və çoxtərəfli əməkdaşlığın aktual məsələrinə dair danışıqlar aparılıb.
 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Biz, əlbəttə, ticari-iqtisadi münasibətlər məsələləri ilə yanaşı, kənd təsərrüfatı ilə bağlı məsələləri də müzakirə etdik. Burada müvafiq nazirlərə konkret tapşırıqlar verdik. Fikrimcə, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti prezidentlərin tapşırıqlarının əməli sürətdə yerinə yetirilməsi məqsədilə yerində iş aparmaq üçün yaxın vaxtlarda Qırğızıstana səfər edəcək. Əlbəttə, bizi birləşdirən humanitar sahə, bizim mənəvi köklərimizdir. Bütün bunlar bizim dövlətlərarası münasibətlərdə də həmişə mövcud olmuş və olacaq amildir.
 
Biz Azərbaycanın qədim Şuşa şəhərinin gələn il "Türk dünyasının Mədəniyyət Paytaxtı” olması təşəbbüsünü dəstəklədiyinə görə Qırğızıstana təşəkkür edirik. Biz bütün türk dövlətlərinin, o cümlədən Qırğızıstanın bu qərarını çox yüksək dəyərləndiririk. Şuşa şəhərinin bərpası üzrə planlarımız fəal icra olunur və icra olunacaq. Bu səbəbdən türk dünyasının mədəniyyət paytaxtı adını daşımaq kimi yüksək şərəf bizim üzərimizə qədim, gözəl şəhərimizi daha fəal bərpa etmək öhdəliyi qoyur”.
 
Çox qürurverici bir haldır ki, Azərbaycanın 270 yaşlı mədəniyyət paytaxtı, muğam-sənət beşiyimiz olan, Azərbaycanın şöhrətinə şöhrət qatan, Azərbaycan mədəniyyətinə və incəsənətinə misilsiz töhfələr vermiş qədim Şuşa şəhəri 2023-cü il üçün "Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan edilib.
 
Hazırda 44 günlük müharibə ərzində xalqımızın igid övladları tərəfindən azad edilmiş digər ərazilərdə olduğu kimi, Şuşa şəhərində də genişmiqyaslı quruculuq işləri gedir. Ermənilər tərəfindən dağıdılmış, güllələnmiş mədəniyyət abidələrimiz yenidən, əsaslı şəkildə bərpa edilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Müzakirə etdiyimiz bütün məsələlərə dair aramızda tam qarşılıqlı anlaşma var və biz imzalanmış sənədlərdə bunu tətbiq etmişik. Təbii ki, bir daha qeyd etmək istəyirəm, bu sənədlər arasında ən əsası Strateji Tərəfdaşlıq haqqında Bəyannamədir. Biz bundan sonra da bütün məsələlərdə bir-birimizi dəstəkləyəcək, əməkdaşlıq edəcək və müvafiq strukturlarımızın fəaliyyətində konkret nəticələrə nail olacağıq.
 
Şəhla Ağbulud
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Azərbaycanın Orta Dəhlizdə rolu güclənir" – Politoloqdan açıqlama
16:56 08.10.2026
"Azərbaycanın Orta Dəhlizdə rolu güclənir" – Politoloqdan açıqlama
Cəbrayılda mina partladı - Xəsarət alan var
16:42 08.10.2026
Cəbrayılda mina partladı - Xəsarət alan var
Göygöldə uşaq musiqi məktəbinə yeni royal təqdim edildi - FOTOLAR
16:34 08.10.2026
Göygöldə uşaq musiqi məktəbinə yeni royal təqdim edildi - FOTOLAR
“İlham Əliyevin Türkmənistan səfəri regional əməkdaşlığın inkişafına təkan verir”- Deputat
16:32 08.10.2026
“İlham Əliyevin Türkmənistan səfəri regional əməkdaşlığın inkişafına təkan verir”- Deputat
Siyasi etimaddan real iqtisadiyyata: Azərbaycanın sədrliyi regiona nə vəd edir?
16:25 08.10.2026
Siyasi etimaddan real iqtisadiyyata: Azərbaycanın sədrliyi regiona nə vəd edir?
“Orta Dəhliz Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirən əsas marşrutlardan birinə çevrilə bilər”
16:20 08.10.2026
“Orta Dəhliz Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirən əsas marşrutlardan birinə çevrilə bilər”
400-dən çox şirkət Azərbaycanda – Mərkəzi Asiyanın marağı niyə artır?
16:19 08.10.2026
400-dən çox şirkət Azərbaycanda – Mərkəzi Asiyanın marağı niyə artır?
Kişilərin saçı yaş artdıqca niyə tökülür? – Əsas səbəb nədir?
16:16 08.10.2026
Kişilərin saçı yaş artdıqca niyə tökülür? – Əsas səbəb nədir?
Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar
16:08 08.10.2026
Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar
Azərbaycanın U-20 millisinin üzvü "Olimpiakos"un düşərgəsində
16:05 08.10.2026
Azərbaycanın U-20 millisinin üzvü "Olimpiakos"un düşərgəsində
Prezidentin Türkmənistan səfəri ilə bağlı gözlənti: “Yeni imkanlar yaranır”
16:02 08.10.2026
Prezidentin Türkmənistan səfəri ilə bağlı gözlənti: “Yeni imkanlar yaranır”
Yüksək vəzifəyə təyin olunan Səbuhi Əliyev kimdir? – DOSYE
15:47 08.10.2026
Yüksək vəzifəyə təyin olunan Səbuhi Əliyev kimdir? – DOSYE
Yusif Yusifov vəzifəsindən azad olundu - Prezidentdən yeni təyinat
15:46 08.10.2026
Yusif Yusifov vəzifəsindən azad olundu - Prezidentdən yeni təyinat
“Azərbaycanın sədrliyi yeni əməkdaşlıq imkanları yaradacaq”
15:31 08.10.2026
“Azərbaycanın sədrliyi yeni əməkdaşlıq imkanları yaradacaq”
Könül Nurullayeva: Azərbaycanın Mərkəzi Asiyada rolu daha da güclənir
15:08 08.10.2026
Könül Nurullayeva: Azərbaycanın Mərkəzi Asiyada rolu daha da güclənir
Rəna Abbasovaya yüksək vəzifə verildi
14:55 08.10.2026
Rəna Abbasovaya yüksək vəzifə verildi