Azərbaycan və Rusiya XİN başçıları Qarabağdakı antiterror tədbirlərini müzakirə ediblər

Azərbaycan və Rusiya XİN başçıları Qarabağdakı antiterror tədbirlərini müzakirə ediblər
SİYASƏT
23:27 22.09.2023
120
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı ilə Qarabağ bölgəsindəki antiterror tədbirlərini müzakirə ediblər.

AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti sosial şəbəkədə məlumat yayıb.

"Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdə Qarabağ bölgəsində antiterror tədbirləri zamanı Rusiyanın sülhməramlı kontingentinin nümayəndələrinin həlak olması ilə bağlı başsağlığı verdim. Həmkarımı bu tədbirlərin nəticələri və erməni sakinlərinin reinteqrasiyası ilə bağlı son hadisələr haqqında məlumatlandırdım”, - Ceyhun Bayramov bildirib.
OXŞAR XƏBƏRLƏR