Azərbaycan və Rusiya XİN başçıları üçtərəfli bəyanatın icrasını müzakirə etdilər

Azərbaycan və Rusiya XİN başçıları üçtərəfli bəyanatın icrasını müzakirə etdilər
SİYASƏT
13:21 21.03.2022
381
21 mart 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

AZXEBER.COM xəbər verir ki, tərəflər bölgədə mövcud olan cari vəziyyəti, o cümlədən 10 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.

Telefon danışığı zamanı nazirlər, Ukrayna ətrafındakı vəziyyət, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
OXŞAR XƏBƏRLƏR