Azərbaycan və Türkiyə prezidentləri görüşdülər – FOTOLAR

SİYASƏT
15:28 17.03.2015
1446

Görüş mətbuat üçün qapalı olub.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan qazının Türkiyə üzərindən Avropaya nəqli üçün nəzərdə tutulmuş Transanadolu qaz kəməri layihəsinin (TANAP) bünövrəsinin qoyulması mərasimində iştirak üçün bu ölkəyə gəlmiş Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb.AZXEBER.COM Ərdoğanın rəsmi saytına istinadən xəbər verir ki, prezidentlərin görüşü mətbuat üçün qapalı olub.

Bu gün İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın Heydər Əliyev adına Anadolu Peşə və Anadolu Texniki Liseyinin açılış mərasimində iştirakı gözlənilir.

Mərasimdə Gürcüstanın prezidenti Giorgi Margelaşvilinin də iştirakı gözlənilir.

Nahar yeməyindən sonra prezidentlər Səlim bölgəsində təməlqoyma mərasimində iştirak edəcəklər.

OXŞAR XƏBƏRLƏR