Azərbaycan və Türkiyə qırıcıları Gəncə səmasında - FOTOLAR

SOSİAL
17:42 15.09.2020
395
Bakının azad olunmasının 102-ci ildönümü ilə əlaqədar Gəncə şəhəri üzərində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri aviasiya vasitələrinin nümunəvi uçuşları keçirilib.

Müdafiə Nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə, uçuşlara hər iki ölkənin döyüş təyyarələri və helikopterləri cəlb olunub.

14.36

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcıları Gəncə səmasında uçuşlara başlayıb.

İki ölkənin Hərbi Hava Qüvvələrinin aviasiya vasitələrinin nümunəvi uçuşları Bakı şəhərinin işğaldan azad olunmasının 102-ci ildönümünə həsr olunub. 

Uçuşlara döyüş təyyarələri və helikopterləri cəlb olunub.
 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

X Mostbet