"Azərbaycan və Türkiyə regionda sülh və sabitliyin təminatçısıdır"

"Azərbaycan və Türkiyə regionda sülh və sabitliyin təminatçısıdır"
SİYASƏT
15:19 02.05.2022
1439
Ermənilərin törətdikləri vəhşiliklər, işğal altında saxladıqları torpaqlarda barbarlıq əməlləri barədə az qala əsrin üçdə birinə yaxın müddət ərzində bütün dünyaya bəyan etdik və nəhayət torpaqlarımızı işğaldan azad etdikdən sonra dünya ictimaiyyəti bunu öz gözü ilə görməli və etiraf etməli oldu. Hətta erməni əsilli siyasətçilər, ictimai fəallar belə Azərbaycan həqiqətlərini, reallıqları, ermənilərin vəhşiliklərini, vandallıqlarını, barbarlıqlarını etiraf edirlər, bunun insanlığa sığmayan əməllər olduğunu açıq şəkildə ifadə edirlər. Sözsüz ki, erməni vəhşilikləri silinməz izlər buraxıb, hansıki bunu təkzib etmək də mümkün deyil və dağıdılmış şəhərlərimizin, kəndlərimizin, yaşayış məntəqələrimizin görüntüləri vandalizm təzahüründə erməni simasızlığını ortaya qoyur.

 
Ermənilər tərəfindən 30 ilə yaxın davam edən işğal ərzində bütün şəhərlərimiz və kəndlərimizdə barbarlıq və vandalizm aktları həyata keçirilib, bütün şəhər və kəndlər dağıdılıb. Kütləvi dağıntılar Birinci Qarabağ müharibəsinin deyil, 30 il çəkən işğal zamanı Ermənistanın törətdiyi barbarlıq və vandalizmin nəticəsidir. Bütün kəndlərimiz və şəhərlərimizin əksər hissəsi dağıdılıb və yerlə-yeksan edilib. Bəzi rayonlarda, məsələn, Kəlbəcərdə, Laçında və qismən, Zəngilanda və Şuşada rəsmən Ermənistan hökumətinin sponsorluq etdiyi qeyri-qanuni məskunlaşma proqramı həyata keçirilmişdir. Bu, beynəlxalq konvensiyaların kobud pozulmasıdır.
 
Azərbaycan və Türkiyə prezidentlərinin Şuşa şəhərində baş tutan görüşü tarixi hadisədir. Şuşada belə bir görüşün reallaşacağı  bir il əvvəl hər kəsə bəlkə də əlçatmaz bir xəyal kimi görünə bilərdi. O səbəbdən də tam mübaliğəsiz demək olar ki, iyunun 15-də təkcə Azərbaycan və Türkiyənin deyil, dostlarımız və düşmənlərimiz də daxil olmaqla bütün dünyanın nəzərləri Şuşaya yönlənmişdi. Görüşdən bir gün əvvəl Türkiyə prezidentinin ABŞ prezidenti ilə, eləcə də NATO sammiti çərçivəsində bir sıra dünya liderləri ilə ikitərəfli təmasları və bu görüşlərdə regional və dünya çaplı məsələlərlə yanaşı Qarabağda və yaşadığımız regionla  əlaqəli məsələlərin də müzakirə olunması Şuşada iki dövlət başçısının dünyaya hansı mesajları verəcəyinə diqqəti birə on nisbətində artırmışdı. Xüsusilə də, görüşdən əvvəl hörmətli Rəcəb Tayyib Ərdoğanın Şuşada qardaş Azərbaycanla daha əhatəli müqavilənin imzalanacağı ilə bağlı verdiyi açıqlama da ciddi marağa səbəb olmuşdu.
 
Azərbaycan və Gürcüstan arasında ikitərəfli və artıq beynəlxalq səviyyədə çox sıx əməkdaşlıq var. Lakin, Ermənistan bu bölgədə təcrid olunmuş ada kimi yaşamaqda davam edə bilməz. Onlar münasibətləri normallaşdırmalıdırlar, Azərbaycana və Türkiyəyə ərazi iddialarına son qoymalıdırlar və Cənubi Qafqazda üçtərəfli səviyyədə hər hansı qarşılıqlı təmasdan çəkinməli deyillər.
 
Azərbaycanın mühüm enerji layihəsinin həyata keçirilməsində liderliyi və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolu böyükdür.
 
Regionda yaranan yeni vəziyyətdən çıxış edən Avropa İttifaqının yaxın zamanda Azərbaycanla əməkdaşlığın istiqamətlərini artıracağı da istisna edilmir. Bütün bunlar onu göstərir ki, Azərbaycan Avropa İttifaqı üçün də bu gün çox vacib tərəfdaşdır.

Azərbaycan Respublikası qonşu ölkələrlə münasibətlərinə hər zaman xüsusi həssaslıqla yanaşıb və bu münasibətlərin yüksələn xətlə inkişafına diqqət göstərib. ölkəmiz daim bütün dövlətlərlə, xüsusilə də, həmsərhəd olduğu ölkələrlə isti münasibətlərin inkişafında maraqlı olub. Rusiya-Azərbaycan münasibətləri də bu mənada hər zaman yüksək səviyyədə olması ilə seçilib.


Naftalan şəhər sakini Afət Mustafayeva

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Göygöldə uşaq musiqi məktəbinə yeni royal təqdim edildi - FOTOLAR
16:34 08.10.2026
Göygöldə uşaq musiqi məktəbinə yeni royal təqdim edildi - FOTOLAR
“İlham Əliyevin Türkmənistan səfəri regional əməkdaşlığın inkişafına təkan verir”- Deputat
16:32 08.10.2026
“İlham Əliyevin Türkmənistan səfəri regional əməkdaşlığın inkişafına təkan verir”- Deputat
Siyasi etimaddan real iqtisadiyyata: Azərbaycanın sədrliyi regiona nə vəd edir?
16:25 08.10.2026
Siyasi etimaddan real iqtisadiyyata: Azərbaycanın sədrliyi regiona nə vəd edir?
“Orta Dəhliz Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirən əsas marşrutlardan birinə çevrilə bilər”
16:20 08.10.2026
“Orta Dəhliz Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirən əsas marşrutlardan birinə çevrilə bilər”
400-dən çox şirkət Azərbaycanda – Mərkəzi Asiyanın marağı niyə artır?
16:19 08.10.2026
400-dən çox şirkət Azərbaycanda – Mərkəzi Asiyanın marağı niyə artır?
Kişilərin saçı yaş artdıqca niyə tökülür? – Əsas səbəb nədir?
16:16 08.10.2026
Kişilərin saçı yaş artdıqca niyə tökülür? – Əsas səbəb nədir?
Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar
16:08 08.10.2026
Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar
Azərbaycanın U-20 millisinin üzvü "Olimpiakos"un düşərgəsində
16:05 08.10.2026
Azərbaycanın U-20 millisinin üzvü "Olimpiakos"un düşərgəsində
Prezidentin Türkmənistan səfəri ilə bağlı gözlənti: “Yeni imkanlar yaranır”
16:02 08.10.2026
Prezidentin Türkmənistan səfəri ilə bağlı gözlənti: “Yeni imkanlar yaranır”
Yüksək vəzifəyə təyin olunan Səbuhi Əliyev kimdir? – DOSYE
15:47 08.10.2026
Yüksək vəzifəyə təyin olunan Səbuhi Əliyev kimdir? – DOSYE
Yusif Yusifov vəzifəsindən azad olundu - Prezidentdən yeni təyinat
15:46 08.10.2026
Yusif Yusifov vəzifəsindən azad olundu - Prezidentdən yeni təyinat
“Azərbaycanın sədrliyi yeni əməkdaşlıq imkanları yaradacaq”
15:31 08.10.2026
“Azərbaycanın sədrliyi yeni əməkdaşlıq imkanları yaradacaq”
Könül Nurullayeva: Azərbaycanın Mərkəzi Asiyada rolu daha da güclənir
15:08 08.10.2026
Könül Nurullayeva: Azərbaycanın Mərkəzi Asiyada rolu daha da güclənir
Rəna Abbasovaya yüksək vəzifə verildi
14:55 08.10.2026
Rəna Abbasovaya yüksək vəzifə verildi
İlham Əliyev Sərdar Berdiməhəmmədovla görüşdü - FOTOLAR
14:31 08.10.2026
İlham Əliyev Sərdar Berdiməhəmmədovla görüşdü - FOTOLAR
"Atəş açmasaydı, əsgəri Azərbaycana qaytaracaqdıq"
14:13 08.10.2026
"Atəş açmasaydı, əsgəri Azərbaycana qaytaracaqdıq"