Azərbaycanın İnsan Haqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç Gəncəyə gəlib.
AZXEBER.COM-un Qərb Mərkəzinin məlumatına görə, onlar Ermənistan silahlı qüvvələri tərəfindən Gəncədə erməni təxribatı nəticəsində dağıdılmış yaşayış mərkəzlərini ziyarət edəcək, həlak olan və yaralanan ailələrin yaxınları ilə görüşəcək.