Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar - FOTOLAR

Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar - FOTOLAR
SİYASƏT
11:45 23.06.2026
253
İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar.

AZXEBER.COM xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov 30 illik işğal dövründə Füzuli rayonunun ərazisində Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş dağıntılar, vandalizm aktları, həmçinin şəhərin Baş planına uyğun olaraq həyata keçirilən və nəzərdə tutulan işlər barədə Türkmənistan Prezidentinə məlumat verdi.

Bildirildi ki, vaxtilə sıx məskunlaşmış və inkişaf edən Füzuli şəhəri erməni işğalı zamanı tamamilə talan edilərək viran qoyulub. İşğaldan azad ediləndən sonra qısa müddətdə şəhərin Baş planı hazırlanıb və dövlətimizin başçısı tərəfindən təsdiqlənib. Füzuli böyük nəqliyyat-logistika potensialına malik olmaqla Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əsas nəqliyyat arteriyalarının kəsişməsində yerləşir. Ümumi sahəsi 2 min hektara yaxın olan Füzuli şəhərinin Baş planına əsasən, 2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur. Müasir şəhərsalma standartlarına uyğun yenidən qurulan Füzulidə "Ağıllı şəhər” konsepsiyası tətbiq olunacaq.

Ali qonağa Türkmənistan tərəfindən Füzulidə inşa olunan məscid barədə də məlumat verildi.

Qeyd edilib ki, bu məscidin təməlini Prezident İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov və Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının ötən ilin oktyabrında Qəbələdə keçirilmiş 12-ci Zirvə Görüşündə iştirak edən digər dövlət və hökumət başçıları onlayn formatda qoyublar.

Məscid kompleksinin ümumi ərazisi 1 hektardan çoxdur. Məscidin hər biri 40 metrdən ibarət 2 minarəsi olacaq. Əsas günbəzin hündürlüyü isə 30 metr təşkil edəcək. Məsciddə eyni vaxtda 500 nəfər ibadət edə biləcək.

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada işğal dövründə güllələnmiş büstlərə baxıblar
14:17 23.06.2026
İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada işğal dövründə güllələnmiş büstlərə baxıblar
Keçmiş sevgilisi tərəfindən hücuma məruz qalan qadın gözünü itirib - FOTOLAR
14:02 23.06.2026
Keçmiş sevgilisi tərəfindən hücuma məruz qalan qadın gözünü itirib - FOTOLAR
Prezidentlər Şuşa məscidində tikinti işləri ilə tanış oldular - Fotolar
13:55 23.06.2026
Prezidentlər Şuşa məscidində tikinti işləri ilə tanış oldular - Fotolar
Azərbaycan-Türkmənistan münasibətləri dostluğa və strateji tərəfdaşlığa söykənir
13:52 23.06.2026
Azərbaycan-Türkmənistan münasibətləri dostluğa və strateji tərəfdaşlığa söykənir
Azərbaycan və Türkmənistan prezidentləri Şuşada birinci yaşayış kompleksində olublar - FOTOLAR
13:34 23.06.2026
Azərbaycan və Türkmənistan prezidentləri Şuşada birinci yaşayış kompleksində olublar - FOTOLAR
Fransada istilər can aldı: Avtomobildə qalan iki azyaşlı həyatını itirdi
13:31 23.06.2026
Fransada istilər can aldı: Avtomobildə qalan iki azyaşlı həyatını itirdi
Türkiyə üçün xəbərdarlıq edildi: Qızmar istilər yaxınlaşır
13:20 23.06.2026
Türkiyə üçün xəbərdarlıq edildi: Qızmar istilər yaxınlaşır
Göygöldə dövlət qulluqçularının peşə bayramı qeyd olundu - FOTOLAR
13:18 23.06.2026
Göygöldə dövlət qulluqçularının peşə bayramı qeyd olundu - FOTOLAR
Prezidentlər Şuşada inşa edilmiş birinci yaşayış kompleksində - Fotolar
13:11 23.06.2026
Prezidentlər Şuşada inşa edilmiş birinci yaşayış kompleksində - Fotolar
Filippində məktəbdə atışma zamanı yaralananların sayı 20 nəfərə çatıb
13:06 23.06.2026
Filippində məktəbdə atışma zamanı yaralananların sayı 20 nəfərə çatıb
Nazir rəisi vəzifəsindən azad etdi - FOTO
13:05 23.06.2026
Nazir rəisi vəzifəsindən azad etdi - FOTO
Sabah Bakıda və rayonlarda yağış yağacaq
12:54 23.06.2026
Sabah Bakıda və rayonlarda yağış yağacaq
Prezident ona yüksək vəzifə verdi - FOTO
12:45 23.06.2026
Prezident ona yüksək vəzifə verdi - FOTO
Psixoloqlardan xəbərdarlıq: Bu amil kişilərdə gərginliyi artırır
12:45 23.06.2026
Psixoloqlardan xəbərdarlıq: Bu amil kişilərdə gərginliyi artırır
Prezidentlərin Şuşada gəzintisindən - Video
12:41 23.06.2026
Prezidentlərin Şuşada gəzintisindən - Video
Azərbaycanda yeniyetmə əmioğlular itkin düşdü
12:38 23.06.2026
Azərbaycanda yeniyetmə əmioğlular itkin düşdü