Azərbaycan və Vyetnam turist axınını bərpa etməyə hazırlaşır

Azərbaycan və Vyetnam turist axınını bərpa etməyə hazırlaşır
SİYASƏT
18:35 21.04.2022
572
Azərbaycan və Vyetnam arasında turizm sahəsində əməkdaşlıq üçün böyük potensial var.

"Report”un məlumatına görə, bunu Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov "Vietnam Economic Times” nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu, onların inkişaf etdirməyə çalışdığı istiqamətdir: "COVID-19 pandemiyasından bir müddət əvvəl biz "Qatar Airways” aviaşirkəti ilə əməkdaşlıq edərək Vyetnam turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil etdik. Onlar bunu çox perspektivli hesab etdilər və hətta Azərbaycana qrup turları da açdılar. Təəssüf ki, COVID-19 və səyahət məhdudiyyətləri səbəbindən bu mövzuda əlavə irəliləyiş əldə edilmədi”.

Səfir bildirib ki, ancaq artıq Azərbaycanda və Vyetnamda səyahət məhdudiyyətləri aradan qaldırıldığından, səyahət etmək üçün daha çox imkanlar yaranıb: "Biz Vyetnamdakı turizm şirkətləri ilə işləyirik. Onlara azərbaycanlı tərəfdaşlarla əlaqələr qurmağa kömək edirik. Şirkətlər arasında işgüzar əlaqələr və əməkdaşlıq qurulduqdan sonra hər iki tərəfdən turistlərin sayını artırmaq mümkün olacaq”.

A. İmanov qeyd edib ki, vyetnamlı turistlər yay aylarında Azərbaycana gəlsə, çimərliklərdən və bir çox digər yayda istirahət növlərindən həzz ala biləcəklər: "Qışda gəlsələr, xizək sürə və xizək kurortlarında qala biləcəklər. Azərbaycanın fantastik mətbəxi var. Vyetnamlılar düyünü çox sevirlər və Azərbaycanda plov dediyimiz 50-dən çox müxtəlif düyü yeməkləri var”.

Səfir vurğulayıb ki, Azərbaycan özünün tarixi yerləri və aktiv mədəni həyatı ilə məşhurdur: "Düşünürəm ki, bu, vyetnamlı turistlər üçün maraqlı olacaq. Paytaxt Bakı öz tarixi abidələrini, o cümlədən köhnə şəhərini qoruyub saxlayıb, yeni ərazilər inkişaf etdirib. Şəhərin müasir atmosferindən həzz alaraq onun tarixi memarlığının əhəmiyyətinə toxuna, görə və hiss edə bilərlər”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Almaxanım ana oldu
15:20 04.07.2025
Almaxanım ana oldu
Türkiyə Prezidenti ECO-ya üzv ölkələri Şimali Kiprlə əlaqələri genişləndirməyə çağırıb
15:15 04.07.2025
Türkiyə Prezidenti ECO-ya üzv ölkələri Şimali Kiprlə əlaqələri genişləndirməyə çağırıb
Beynəlxalq təşkilatdan İsrailə çağırış - "İcazə verin işimizi görək"
15:13 04.07.2025
Beynəlxalq təşkilatdan İsrailə çağırış - "İcazə verin işimizi görək"
Tacikistan Prezidenti: “ECO ölkələri üçün enerji bazarı strategiyası hazırlanmalıdır”
15:11 04.07.2025
Tacikistan Prezidenti: “ECO ölkələri üçün enerji bazarı strategiyası hazırlanmalıdır”
Beyniniz hər gecə lazımsız xatirələri silir
15:11 04.07.2025
Beyniniz hər gecə lazımsız xatirələri silir
Kəlbəcərdə Birinci Qarabağ müharibəsinin üç itkin şəhidi ilə vida mərasimi keçirilib
15:00 04.07.2025
Kəlbəcərdə Birinci Qarabağ müharibəsinin üç itkin şəhidi ilə vida mərasimi keçirilib
Ərdoğan: Xankəndi şəhərinin sülh mərkəzi olacağına ürəkdən inanıram
14:45 04.07.2025
Ərdoğan: Xankəndi şəhərinin sülh mərkəzi olacağına ürəkdən inanıram
Liderlərin Xankəndi görüşü dünyaya hansı mesajı verdi? - Deputat AÇIQLADI
14:44 04.07.2025
Liderlərin Xankəndi görüşü dünyaya hansı mesajı verdi? - Deputat AÇIQLADI
Məhkəmədə Kəlbəcərin işğalına dair şok faktlar açıqlandı
14:41 04.07.2025
Məhkəmədə Kəlbəcərin işğalına dair şok faktlar açıqlandı
Media subyektləri bu halda reyestrdən çıxarılacaq
14:30 04.07.2025
Media subyektləri bu halda reyestrdən çıxarılacaq
Şəxsiyət vəsiqələrimiz dəyişir - Milli Məclisdə I oxunuşdan keçdi
14:26 04.07.2025
Şəxsiyət vəsiqələrimiz dəyişir - Milli Məclisdə I oxunuşdan keçdi
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
14:18 04.07.2025
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
Pezeşkian: ECO sammiti İrana qarşı son hücumların pislənilməsi üçün fürsətdir
14:05 04.07.2025
Pezeşkian: ECO sammiti İrana qarşı son hücumların pislənilməsi üçün fürsətdir
İlham Əliyev: Ermənistan işğal dövründə Azərbaycana 150 milyard dollar ziyan vurub"
14:00 04.07.2025
İlham Əliyev: Ermənistan işğal dövründə Azərbaycana 150 milyard dollar ziyan vurub"
Şavkat Mirziyoyev Prezident İlham Əliyevin İƏT-in 17-ci Zirvə görüşünün sədri seçilməsini təklif edib
13:56 04.07.2025
Şavkat Mirziyoyev Prezident İlham Əliyevin İƏT-in 17-ci Zirvə görüşünün sədri seçilməsini təklif edib
“Ermənistan və havadarları nəticədə peşman olublar”
13:52 04.07.2025
“Ermənistan və havadarları nəticədə peşman olublar”