Azərbaycan və Özbəkistan arasında hərtərəfli əməkdaşlıq inkişaf edir

Azərbaycan və Özbəkistan arasında hərtərəfli əməkdaşlıq inkişaf edir
SİYASƏT
16:03 25.08.2023
332
Azərbaycan və Özbəkistan arasında əsrlərdən bəri dostluq, qardaşlıq münasibətləri olub. Bu iki qardaş xalqı eyni din, mədəniyət, yaxın adət-ənənə və eyni zamanda eyni dil qrupu birləşdirir. Belə ki, biz biri-birimizi tərcüməsiz belə başa düşür, ünsiyyət qururuq. Yüz illərlə hər iki xalq biri-birinə dar gündə arxa-dayaq olub. Ötən əsrin 30-cu illərində kütləvi repressiyaları zamanı Özbəkistan on minlərlə azərbaycanlıya öz qoynunda sığınacaq verib. Demək olar ki, ölümün pəncəsindən alıb. Hal-hazırda da Özbəkistanda 70 mindən çox azərbaycanlı yaşayır və Özbəkistanın sosial, ictimai və digər sahələrində fəal iştirak edir.

İki ölkə arasında əsrlərdən bəri geniş mədəniyyət əlaqələri olub. Hər iki xalq ədəbi və mədəni əlaqələrdə biri-birindən bəhrələnib. Dahi özbək mütəfəkkiri Əlişir Nəvai öz "Xəmsə”sini Nizami Gəncəvinin "Xəmsə” əsərindən ilhamlanaraq qələmə alıb. Nizami Gəncəvinin və bir çox Azərbaycanın şair və mütəfəkkirinin Özbəkistanda əlyazmaları qorunub saxlanılır.

Bakıda, İçərişəhərdə yerləşən, XV əsrə aid Buxara karvansarası Mərkəzi Asiyadan gələn tacirlər tərəfindən inşa edilib. XVI-XVII əsrlərdə yaşamış Azərbaycan filosofu, şairi və böyük din xadimi, əslən Qarabağdan olan Yusif  İbn Məhəmmədcan Qarabağinin qəbri Özbəkistanın Səmərqənd şəhərində yerləşir. Bu da ondan xəbər verir ki, əsrlərlə xalqlarımız arasında elmi mübadilələr, eyni zamanda ticarət əlaqələri olub.

İki ölkə arasında diplomatik əlaqələr isə 1995-ci ilin oktyabr ayından qurulub. 1996-cı ildə  Azərbaycan Respublikasının Özbəkistanda, 1998-ci ildə isə Özbəkistan Respublikasının Azərbaycanda  səfirlikləri fəaliyyətə başlayıb.

Onu da qeyd edək ki, Özbəkistanda çoxsaylı erməni icmasının yaşamasına baxmayaraq bu günə kimi nə Ermənistanda Özbəkistan səfirliyi nə də Özbəkistanda Ermənistan səfirliyi fəaliyyət göstərmir. Bu da Özbəkistanın Azərbaycanla sadiq dost olduğunun göstəricilərindən biridir.

Ölkələrimiz arasında dostluq əlaqələrinin inkişafında Ümummilli Liderimiz Heydər Əliyevin və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri olub. Prezident İslam Kərimovun 1996-cı ildə Azərbaycana və Ümummilli Lider Heydər Əliyevin isə 1997-ci ildə Özbəkistana səfəri zamanı ölkələrimiz arasında münasibətlərin strateji istiqamətləri müəyyən edilib. Belə ki, Prezident İslam Kərimovun 1996-cı il mayın 26-27-də Azərbaycana ilk rəsmi səfəri zamanı iki ölkə arasında 18 sazişdən ibarət xüsusi sənədlər paketi, o cümlədən "Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqavilə” imzalanıb. 

Azərbaycan və Özbəkistan əlaqələrinə önəm verən Ümummilli Lider Heydər Əliyev görüşlərin birində demişdir: "Biz Azərbaycanda Özbəkistanla etibarlı tərəfdaşlıq münasibətlərinə malik olmaq istəyirik və hər şey edəcəyik ki, bu münasibətlər olsun, onlar inkişaf edib möhkəmlənsin”. Özbəkistan Prezidenti isə bildirib ki, iki ölkə arasındakı münasibətlər məhz strateji əməkdaşlıq səciyyəli olacaqdır. 

İki qardaş ölkələr arasında dostluq əlaqələri, strateji əməkdaşlıq daha da genişlənir. Azərbaycan və Özbəkistan hər bir işdə biri-birini dəstəkləyir və ölkələr arasında hərtərəfli əməkdaşlıq inkişaf edir. 

Bu gün Azərbaycan və Özbəkistan əlaqələrinin yüksək səviyyəyə çatmasında hər iki ölkə prezidentlərinin şəxsi münasibətləri də böyük rol oynayır. Və təsadüfi deyil ki, Azərbaycan və Özbəkistan prezidentləri qarşılıqlı rəsmi səfərlərdən əlavə dövlət səfərləri, beynəlxalq və digər rəsmi səfərlərdə də tez-tez görüşür, müzakirələr aparırlar.

2022-ci il ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Özbəkistana üç dəfə rəsmi səfər edib. 

Son illərin təcrübəsi göstərir ki, regional kooperasiya, ittifaqlar, inteqrasiya modelləri ön plana çıxır. Bu baxımdan Cənubi Qafqazın aparıcı ölkəsi kimi  Azərbaycan və Orta Asiya regionunda dinamik inkişaf edən güclü mövqelərə malik Özbəkistan əməkdaşlığı türk dövlətlərinin inteqrasiyasının möhkəm özülünü yaradır.

İndiyə qədər iki ölkə arasında 160-dan çox sənəd, o cümlədən Strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın inkişafına dair Bəyannamə  imzalanıb. Bu da əməkdaşlıq üçün hüquqi baza yaradıb.

Azərbaycan Özbəkistan Respublikası,eləcə də Orta asiya ölkələri ilə əməkdaşlığı getdikcə daha da möhkəmləndirir. Bu da xalqlarımızın və eyni zamanda bütün Türk dünyasının inkişafına gərəkli töhfələr verir.

Çox sevindirici bir haldır ki, Özbəkistan Prezidenti Şafkat Mirziyoyev prezident seçkilərindən sonra ilk dəfə Azərbaycana səfər etdi. Bu, Azərbaycanla Özbəkistanın qardaşlığının və qırılmaz tellərlə bağlanan dostluğunun daha bir göstəricisidir.

Bildiyimiz kimi Türkiyə Prezidenti Rəcəb Tayyub Ərdoğan da prezident seçkilərindən sonra ilk dəfə Azərbaycana səfər etdi. 

Belə səfərlər türkdilli xalqların  birliyi barədə bütün dünyaya mesajdır və siyasi əhəmiyyət daşıyır.

Özbəkistan Prezidenti müharibədən əvvəl və eyni zamanda vətən müharibəsi dövründə Azərbaycanı dəstəkləyib. Azərbaycana səfəri dövründə də işğalçılardan təmizzlənmiş torpaqlarımıza səfər edib.
 
İşğaldan tamamilə azad olunmuş Füzulidə Prezident Şafkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə məktəb inşa olunub. Bu təhsil ocağı özbək xalqının dahi oğlu Mirzə Uluqbəyin adını daşıyır. Qarabağda açılan bu məktəb Azərbaycan və Özbəkistanın dost və qardaşlığının daha bir mərkəzi olacaq.

Hər iki xalqın mədəni irsinin qorunub saxlanılması, qlobal miqyasda təbliği istiqamətində də birgə fəaliyyət göstərilir və beynəlxalq müstəvidə eyni mövqedən çıxış edilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan və Özbəkistan respublikaları arasında əlaqələrin, xüsusilə də humanitar sahədə əməkdaşlığın əhəmiyyətini vurğulayaraq qeyd edib: "Biz ölkələrimiz arasında humanitar əməkdaşlığı çox yüksək qiymətləndiririk. Bu, tamamilə təbiidir, çünki xalqlarımız qardaş xalqlardır. Biz özbək ədəbiyyatını, musiqisini, mədəniyyətini çox sevirik. Yəni, bunlar sizin üçün olduğu kimi, bizim üçün əziz və doğmadır”. 

Bu günlərdə Azərbaycanda Özbəkistan mədəniyyəti günləri uğurla keçirilib. 200 dən çox sənətçinin qatıldığı tədbirdə Özbəkistanın tanınmış mədəniyyət ustaları çıxış ediblər. Azərbaycan tamaşaçıları özbək sənətçilərini böyük məhəbbət və coşqu ilə qarşılayıblar.

Azərbaycan Özbəkistan dostluğu-qardaşlığı əbədidir.

Şəhla Ağbulud
"Abşeron” qəzetinin baş redaktoru

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şəmkirdə yanğın: elektrik enerjisinin verilişi DAYANDI
21:55 05.03.2025
Şəmkirdə yanğın: elektrik enerjisinin verilişi DAYANDI
Prezident: Bu gün Türkiyə ilə Azərbaycan – iki qardaş ölkə nəhəng layihələr həyata keçirir
21:52 05.03.2025
Prezident: Bu gün Türkiyə ilə Azərbaycan – iki qardaş ölkə nəhəng layihələr həyata keçirir
Bakının bir çox yollarında tıxac müşahidə edilir - SİYAHI
21:29 05.03.2025
Bakının bir çox yollarında tıxac müşahidə edilir - SİYAHI
Mirzoyan: Ermənistan Azərbaycanla sülh müqaviləsinin bağlanmasında maraqlıdır
21:26 05.03.2025
Mirzoyan: Ermənistan Azərbaycanla sülh müqaviləsinin bağlanmasında maraqlıdır
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan iftar süfrəsində iştirak ediblər
21:24 05.03.2025
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan iftar süfrəsində iştirak ediblər
Aparıcı “Azəriqaz”ın rəhbəri Azər Məmmədova səsləndi: “Niyə xalqı dövlətdən iyrəndirirsiniz?”
21:18 05.03.2025
Aparıcı “Azəriqaz”ın rəhbəri Azər Məmmədova səsləndi: “Niyə xalqı dövlətdən iyrəndirirsiniz?”
İftar vaxtı – 6 mart 2025: Ramazanın 6-cü günü
20:30 05.03.2025
İftar vaxtı – 6 mart 2025: Ramazanın 6-cü günü
KİV: ABŞ Ukrayna ilə kəşfiyyat məlumat mübadiləsini dayandırıb
20:13 05.03.2025
KİV: ABŞ Ukrayna ilə kəşfiyyat məlumat mübadiləsini dayandırıb
Tramp ilk "kriptosammit"də bitkoinin strateji ehtiyatının yaradılmasını elan edəcək
19:50 05.03.2025
Tramp ilk "kriptosammit"də bitkoinin strateji ehtiyatının yaradılmasını elan edəcək
Pakistanda terror aktı nəticəsində 18 nəfər ölüb
19:40 05.03.2025
Pakistanda terror aktı nəticəsində 18 nəfər ölüb
Rusiyadan deportasiya təhlükəsi ilə üzləşən miqrantların sayı açıqlanıb
19:27 05.03.2025
Rusiyadan deportasiya təhlükəsi ilə üzləşən miqrantların sayı açıqlanıb
İkiqat SSRİ çempionu olan ukraynalı sabiq futbolçu vəfat edib
19:22 05.03.2025
İkiqat SSRİ çempionu olan ukraynalı sabiq futbolçu vəfat edib
Baş nazir: Qrenlandiya satılmır və onu əldə etmək olmaz
19:10 05.03.2025
Baş nazir: Qrenlandiya satılmır və onu əldə etmək olmaz
Millinin sabiq futbolçusu həbs edildi
18:51 05.03.2025
Millinin sabiq futbolçusu həbs edildi
NATO XİN başçılarının iclası aprelin əvvəlində Brüsseldə keçiriləcək
18:45 05.03.2025
NATO XİN başçılarının iclası aprelin əvvəlində Brüsseldə keçiriləcək
Yunanıstana qaçmaq istəyən PKK terrorçusu Ədirnədə saxlanıldı
18:34 05.03.2025
Yunanıstana qaçmaq istəyən PKK terrorçusu Ədirnədə saxlanıldı