Azərbaycan və Özbəkistan dünya çempionatına ev sahibliyi etmək üçün müraciət etdi

Azərbaycan və Özbəkistan dünya çempionatına ev sahibliyi etmək üçün müraciət etdi
İDMAN
12:15 07.07.2025
239
Azərbaycan və Özbəkistan 2027-ci ildə keçiriləcək FİFA U-20 dünya çempionatına ev sahibliyi etmək üçün ərizə verib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Azərbaycan Futbol Federasiyaları İttifaqının bəyanatında bildirilir ki, Azərbaycan və Özbəkistan futbol sahəsində aparılan fəal islahatlar, qabaqcıl infrastruktur işləri və Türk dünyasının beynəlxalq aləmdə artan nüfuzu çərçivəsində birləşərək 2027-ci ildə keçiriləcək FIFA U-20 Dünya Çempionatına ev sahibliyi etməyə hazırdır.

Bəyanatda Azərbaycanın bu günə qədər bir çox beynəlxalq təşkilatlara uğurla ev sahibliyi etdiyi diqqətə çatdırılıb:

"Ölkəmizdə bir çox stadionlar beynəlxalq standartlara cavab verir. Azərbaycan son illər AVRO-2020 oyunları, UEFA Avropa Liqasının finalı, U17 Avropa çempionatı və U17 qadınlar arasında dünya çempionatı kimi böyük turnirlərin təşkilində mühüm təcrübə toplayıb. Bakıda keçirilən bu mötəbər turnirləri FİFA və UEFA rəsmiləri də yüksək qiymətləndirib".
 
Gülay
OXŞAR XƏBƏRLƏR