"Azərbaycan və Özbəkistan mədəniyyət sahəsində əməkdaşlığı artırır".
AZXEBER.COM xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov deyib.
"Bu gün Azərbaycan və Özbəkistanın mədəniyyət nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi sahəsində sənədlər paketi imzalanıb. Buraya kino, teatr, muzey və ədəbiyyat kimi sahələr daxildir. İmzalanan sənədlər əməkdaşlığımızı daha da gücləndirəcək”, - O.Nazarbekov bildirib.