"Özbəkistan QHT-lərinə COP29-la əlaqədar ilk gündən Azərbaycana verilən qardaş dəstəyinə görə təşəkkür edirik. Ötən müddətdə 100-ə yaxın Özbəkistan QHT-si COP29-la əlaqədar Azərbaycanla həmrəylik bəyanatı yayıb. Onlar Türk dünyasında ilk dəfə COP29-a evsahibliyi və sədrlik edən Azərbaycana güclü dəstək ifadə ediblər”.
AZXEBER.COM xəbər verir ki, bunu Prezidentinin Administrasiyasının
QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev Daşkəntdə baş tutan Özbəkistan-Azərbaycan QHT-lərinin forumunda çıxışı zamanı deyib.
O bildirib ki, ölkələrimiz artıq yaşıl enerji sahəsində də sıx əməkdaşlığa başlayır:
"COP29 çərçivəsində türk dövlətlərinin QHT-lərinin I forumu da keçirildi. Özbəkistan heyəti orada çox fəal iştirak etdi, vacib təşəbbüslər irəli sürüldü”.
PA rəsmisi qeyd edib ki, hər iki ölkənin QHT-ləri arasında birgə qrant layihəsi elan edilə bilər:
"Hesab edirik ki, Azərbaycan və Özbəkistanın QHT-lərlə işləyən müvafiq dövlət qurumlarının QHT-lər üçün birgə qrant müsabiqələri elan etməsinin vaxtı çatıb. Biz buna hazır olduğumuzu bəyan edirik. Özbəkistan QHT-lərinə Azərbaycanda layihələr icra etmək üçün bütün köməkliyi göstərməyə hazırıq”.