Azərbaycan və Özbəkistanda təşkil olunacaq FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib

Azərbaycan və Özbəkistanda təşkil olunacaq FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İDMAN
20:26 22.10.2026
143
Bu gün FIFA Şurası Bürosunun iclası keçirilib.

AZXEBER.COM AFFA-ya istinadən xəbər verir ki, iclasda Azərbaycan və Özbəkistanın birgə ev sahibliyi edəcəyi FIFA U-20 dünya çempionatının tarixi rəsmən açıqlanıb.

Yarış 2027-ci il sentyabrın 17-dən oktyabrın 9-dək təşkil olunacaq. Dünya çempionatı 24 komandanın iştirakı ilə keçiriləcək.

Qeyd edək ki, turnirin rəsmi brendi oktyabrın 16-da təqdim olunub. Gənc futbolçulara və onları dəstəkləyən azarkeşlərə ünvanlanan "Bu oyun sənlikdir" rəsmi şüarı yeni nəsil futbol ulduzlarını tarix yazmağa dəvət edir. Həmçinin FIFA U-20 dünya çempionatı 2027-nin rəsmi brendi Bakının simvolik məkanlarından olan Qız Qalasında, eyni zamanda Bakı Olimpiya Stadionunda xüsusi proyeksiya ilə nümayiş etdirilib.
OXŞAR XƏBƏRLƏR