Türkiyənin Sakarya vilayətinin Arifiye qəsəbəsində Azərbaycan vətəndaşına ağır xəsarətlər yetirilib.
Fatih məhəlləsində naməlum şəxs və ya şəxslər 30 yaşlı S.A-nı döyüblər.
Daha sonra eyvandan küçəyə atılan həmyerlimizi sakinlər görərək təcili tibbi yardım çağırıblar.
Ağır kəllə-beyin və digər xəsarətlər almış gənc Sakarya Təhsil və Araşdırma Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilib. Hadisə ilə bağlı yerli hüquq-mühafizə orqanları araşdırma aparır.
/qafqazinfo.az









































