Azərbaycan vətəndaşlarının Ermənistanda ən azı altı mülkü var.
AZXEBER.COM xəbər verir ki, bu barədə Ermənistanın Kadastr Komitəsi məlumat yayıb.
"2010-2021-ci illərdə Ermənistanda Türkiyə vətəndaşları daşınmaz əmlak hüququnun qeydiyyatı ilə bağlı ümumilikdə 71, Azərbaycan vətəndaşları isə 6 əməliyyat həyata keçirib", - qurumun hesabatında deyilir.
Komitənin məlumatına görə, Azərbaycan vətəndaşları 2012 (2), 2018, 2019-cu illərdə mənzil alıblar. Daha bir mənzil hədiyyə olaraq alınıb (2012). Bundan əlavə, bir ictimai əhəmiyyətli obyekt alınıb.
Məlumatda qeyd olunur ki, söhbət etnik mənsubiyyətindən yox, Azərbaycan vətəndaşlığı olan şəxslərdən gedir. Onların milliyyətcə azərbaycanlı olub-olmadığı açıqlanmayıb.
"Türkiyə vətəndaşlarına gəlincə, göstərilən müddət ərzində onlar Ermənistanda 53 mənzil alıb, 1-i hədiyyə, 1-i dəyişdirilib. Bundan əlavə, 5 fərdi yaşayış evi, 1 qaraj, 7 ictimai obyekt, 3 torpaq sahəsi alıblar. Ən çox alış 2016 ( , 2017 (14), 2019 (18) və 2021 ( illərində olub", - deyə bildirilir.
O da qeyd edilib ki, həmin müddət ərzində Türkiyə və Azərbaycanda qeydiyyatdan keçmiş hüquqi şəxslər Ermənistanda daşınmaz əmlak sahəsində heç bir əməliyyat aparmayıblar.
İqtisadiyyat naziri Vahan Kerobyan bir müddət əvvəl bəyan edib ki, Türkiyə vətəndaşları Ermənistanda mülk əldə ediblər.