Azərbaycan voleybolu tarixində önəmli hadisələrdən biri baş verdi

İDMAN
15:08 19.10.2012
1577
18 oktyabr 2012-ci ildə Azərbaycanın voleybol tarixində önəmli hadisələrdən biri baş verdi. Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Dərnəgül şosesi 106 ünvanında yeni tikilmiş Voleybol mərkəzi “Azərbaycan Respublikası Voleybol Federasiyası Azəryol Voleybol klubu” və “Azəryol Hotel” açılı mərasimi olub və idmançıların istifadəsinə verilib. Oteldə 60 nəfərlik 31 otaq, yeməkxana, camaşırxana, kafe , idmançıların və qonaqların rahatlığı üçün hər cür şərait yaradılıb.Voleybol mərkəzində isə 2000 seyirci üçün İdman zalı, trenajor zalı, yeməkxana, yüksək avadanlıqları olan həkim otağı, soyunma otaqları, 50 nəfərlik (sinxron tərcüməsi olan) konfrans zalı, sauna, işçilər üçün iş otaqları var.Qeyd edək ki, İdman Zalı Avropa Voleybol Konfederasiyası tərəfindən bəyənilib. Avropa standartlarına cavab verdiyinə görə, Avropa yarışlarının bu zalda keçirilməsinə icazə verilib. Məhz Azərreyl, Lokomotiv və Azəryol Bakı klubu Avropa yarışlarını bu zalda keşirəcək. Bununla birgə Azərbaycan Çempionatı da Voleybol mərkəzində keçiriləcək.Dünən Voleybol mərkəzi ilə birgə Azərbaycan Çempionatınında açılış mərasimi olub. Mərasimdə Azərbaycan Voleybol Federasiyasının Prezidenti Ziya Məmmədov başda olmaqla idman aləminin tanınmış nümayəndələri iştirak edib.Açılış mərasimindən sonar Azərbaycan Çempionatı start götürüb. İlk olaraq meydançada Lokomotiv və Telekom Bakı komandaları qarşılaşdı. Ilk oyunda sevinən tərəf 3-0 25-18, 25-17, 25-13 hesabı ilə Lokomotiv Klubu oldu. Ikinci oyun Azəryol Bakı və Lokomotiv Biləcəri komandaları qarşılaşdı bu qarşılaşmada isə Azəryol klubu 3-1 25-20, 23-25, 25-19, 25-14 hesabı ilə qalib gəlib. Günün sonuncu görüşü İqtisadçı və Azərreyl komandaları arasında keçirilib.Günün ən maraqlı oyununda qalib gələn tərəf İqtisadçı klubu olub 3:1 (26:24; 22:25; 27:25; 27:25)18 noyabrI tur“Lokomotiv” – “Telekom” - 3:0 (25:18, 25:17, 25:13)“Bakı-Azəryol” – “Lokomotiv-Biləcəri” - 3:1 (25:21, 23:25, 25:19, 25:14)

OXŞAR XƏBƏRLƏR