Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi Zirvəsi gənclər tərəfindən ziyarət olundu - FOTOLAR

Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi Zirvəsi gənclər tərəfindən ziyarət olundu - FOTOLAR
SOSİAL
17:51 01.06.2021
528
Azərbaycan Xalq Cumhuriyyətinin yaradılmasının 103 illi ilə əlaqədar, gənclərin Şahağ Milli Parkının ərazisində yerləşən Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi Zirvəsinə səfəri təşkil olunub. 

AZXEBER.COM xəbər verir ki, Mountain Host Azerbaijan-nın təşkilatçılığı ilə həyata keçirilən səfərdə millət vəkili Naqif Həmzəyev də iştirak edib. 

Dəniz səviyyəsindən 3740 metr hündürlükdə yerləşən Cumhuriyyət Zirvəsi Cənubi Qafqazın Baş Qafqaz silsiləsinin Tufandağ nalının sağ hissəsində yerləşir. 

Cumhuriyyətin 100 illiyi zirvəsi Azərbaycan Xalq Cumhuriyyətinin yaradılmasının 100 illik yubileyi ilə bağlı 2018-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə yaradılıb. 

Peşəkar alpnistlərin nəzarəti altında həyata keçirilən yürüş olduqca  maraqlı və yaddaqalan olub. 

Zirvəni fəth edən qrup üzvləri tarixi anı fotolarla əbədiləşdiriblər
 

 

 

 


OXŞAR XƏBƏRLƏR