"Azərbaycan xalqı daha da yaxşı yaşayacaq" – İlham Əliyev

"Azərbaycan xalqı daha da yaxşı yaşayacaq" – İlham Əliyev
SOSİAL
14:12 01.09.2016
2089
"Bu gün "Şahdəniz-2" platformasının dayaq blokunu dənizə yola salırıq, bu, tarixi hadisədir".
Bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Bakı dərin özüllər zavodunda "Şahdəniz-2" layihəsinin hasilat və dikborular platformasının dayaq blokunun dənizə yola salınması mərasimindən sonra zavod kollektivi ilə görüşdə söyləyib.
Dövlət başçısı deyib ki, "Şahdəniz” layihəsi üzrə saziş 20 il bundan əvvəl imzalanıb və bu illər ərzində uğurla icra edilir, bütün vəzifələr yerinə yetirilir: “Şahdəniz-2” layihəsinin ölkəmiz üçün əhəmiyyəti çox böyükdür. Bu gün yola saldığımız dayaq bloku onu göstərir ki, Azərbaycan böyük işləri görməyə qadir bir ölkədir. Sevindirici hal ondan ibarətdir ki, bu dayaq bloku və platformanın üst tikililəri 100 faiz Azərbaycanda inşa edilir. Bu nəhəng qurğuların inşasında işləyənlərin mütləq əksəriyyəti Azərbaycan vətəndaşlarıdır. Bu da “Əsrin kontraktı”nın nəticəsidir. Çünki 1994-cü ildə imzalanmış “Əsrin kontraktı”nın şərtlərindən biri də o idi ki, yerli mütəxəssislər, fəhlələr tədricən üstünlük təşkil etsin və artıq işləyənlərin 80 faizdən çoxu Azərbaycan vətəndaşlarıdır. Bu, yeni iş yerlərinin yaradılması deməkdir. “Şahdəniz” layihəsinin icrasında 20 mindən çox Azərbaycan vətəndaşı işləyir, yaxşı maaş alır, təcrübə toplayır. Bu vətəndaşlar gələcəkdə digər layihələrdə işləyəcəklər. “Şahdəniz-2” layihəsi təkcə Azərbaycan üçün deyil, bütün region, Avropa üçün böyük əhəmiyyət daşıyan bir layihədir. İyirmi il bundan əvvəl saziş imzalanıb və bu gün biz bu sazişin gözəl nəticələrini görürük. Artıq neçə ildir ki, Azərbaycan qazı region ölkələrinə ixrac edilir. Azərbaycan öz enerji təhlükəsizliyini tam təmin edibdir və digər ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasında öz rolunu oynayır. Bu rol getdikcə artacaq".
Prezident İlham Əliyev bildirib ki, “Şahdəniz” və “Cənub Qaz Dəhlizi” layihələri dünyanın ən böyük enerji layihələrindəndir: “Cənub Qaz Dəhlizi”nin inşası da uğurla gedir. Bütün bu işlər əlaqəli şəkildə aparılır. Əminəm ki, cədvəl üzrə gedən işlər 2018-2020-ci illərdə tamamlanacaq və beləliklə, Azərbaycan qazı daha da böyük həcmdə qonşu ölkələrə, Avropa ölkələrinə nəql ediləcək. “Cənub Qaz Dəhlizi” artıq 7 ölkəni birləşdirir. Azərbaycan bu istiqamətdə öz liderlik fəaliyyətini davam etdirir. Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının iki dəfə iclası keçirilib. Biz yeni bir beynəlxalq əməkdaşlıq formatını yaratdıq. Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya bu layihənin iştirakçılarıdır. Bununla bərabər, üç Balkan ölkəsi - Monteneqro, Bosniya və Herseqovina, Xorvatiya bu layihəyə növbəti mərhələdə qoşulacaqlar. Beləliklə, Azərbaycan qazının gələcəkdə müxtəlif ölkələrə ixracı üçün yeni imkanlar yaranır. Bunu tərəfdaşlarla birlikdə biz yaradırıq, Azərbaycan xalqı yaradır. Mən bu layihələrin icrası ilə bağlı görülən işlərdə SOCAR-ın və BP-nin rolunu xüsusilə qiymətləndirmək istəyirəm. SOCAR-BP əməkdaşlığı artıq böyük tarixə malikdir. İyirmi ildən çoxdur ki, bu əməkdaşlıq davam edir və bu, uğurlu əməkdaşlıqdır. Görülən və görüləcək işlər ən azı növbəti 20 il ərzində də SOCAR-ın və BP-nin yaxın tərəfdaşlar kimi fəaliyyətini təmin edəcək. Azərbaycanda görüləcək işlər həm xarici tərəfdaşlar, xarici kompaniyalar, SOCAR və Azərbaycan xalqı üçün daha da böyük mənfəət gətirəcək”.
Dövlət başçısı qeyd edib ki, əgər 1994-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə “Əsrin kontraktı” imzalanmasaydı, bu gün təsəvvür etmək mümkün deyil ki, Azərbaycan hansı vəziyyətdə ola bilərdi: “Ölkəmizdə görülən quruculuq-abadlıq işlərinin, dayanıqlı iqtisadiyyatımızın, böyük valyuta ehtiyatlarımızın əsas mənbəyi “Əsrin kontraktı”dır. Yaxşı bilirsiniz ki, Azərbaycan o ağır, çətin dövrdə müəyyən təzyiqlərlə də üzləşmişdi. Heydər Əliyevin qətiyyəti, cəsarəti, uzaqgörənliyi, xalqa olan bağlılığı “Əsrin kontraktı”nın imzalanmasını təmin edib. Mən də fəxr edirəm ki, o vaxt - 1994-cü ildə kontraktın imzalanmasına qədər aparılan danışıqlarda iştirak etmişdim. Ondan sonra Dövlət Neft Şirkətində çalışarkən bilavasitə bu məsələlərlə məşğul olmuşam. Bu gün də Prezident kimi bütün işləri nəzarətdə saxlayıram və Azərbaycanın enerji siyasətinin gələcək inkişafı üçün lazımi addımları atıram”.
Prezident İlham Əliyev vurğulayıb ki, bu gün Azərbaycan dünya xəritəsində etibarlı tərəfdaş, hörmətə layiq olan ölkə kimi tanınır: “Biz bütün öhdəlikləri yerinə yetiririk, xarici sərmayədarlar üçün yaxşı şərait yaratmışıq. Onların sərmayələri qanun çərçivəsində qorunur. Əgər bu, olmasaydı, heç kim Azərbaycana milyardlarla, on milyardlarla dollar sərmayə qoymazdı. Sərmayə qoyuluşu üçün Azərbaycan çox cəlbedici ölkədir. Şadam ki, indi nəinki neft-qaz sektoruna, digər sektorlara da yerli, xarici sərmayələr qoyulur. Bütün bu işlərin təməli 1994-cü il sentyabrın 20-də qoyulmuşdur. 1996-cı ildə “Şahdəniz” layihəsi üzrə sazişin imzalanması növbəti uğurlu addım idi. Baxmayaraq ki, o vaxt dünyada və xüsusilə Avropada enerji təhlükəsizliyi haqqında heç kim danışmırdı, qaz layihələri o qədər də böyük əhəmiyyət daşımırdı. Hesab olunurdu ki, qaz layihələri o qədər də böyük gəlir gətirən layihələr deyil, müəyyən tərəddüdlər var idi. Ancaq biz əmin idik ki, Azərbaycan qaz sektorunda da öz sözünü deyəcək.
Bu gün artıq Azərbaycan böyük qaz dövlətlərinin sıralarına daxil olur. Hasilat, nəqliyyat artacaq, Azərbaycan gələcəkdə tranzit funksiyalarını da oynaya bilər. Necə ki biz indi neftin, neft məhsullarının daşınması üçün bu rolu oynayırıq. Beləliklə, ölkəmizin qüdrəti, əhəmiyyəti artacaq, Azərbaycan xalqı daha da yaxşı yaşayacaq. Görülən bütün bu işlərin məqsədi budur - Azərbaycan vətəndaşı daha da yaxşı yaşasın, ölkəmizin iqtisadi müstəqilliyi daha da möhkəmlənsin və dünyada rolumuz, əhəmiyyətimiz artsın. Biz bütün bunları görürük. Ona görə, bugünkü mərasim çox rəmzi xarakter daşıyır. Bu, görülən işlərin bariz nümunəsidir. Azərbaycan vətəndaşları bu böyük, nəhəng işləri xarici tərəfdaşları, xarici sərmayədarlar ilə birlikdə görürlər. Hər bir vətənpərvər Azərbaycan vətəndaşı bununla fəxr edir. Fürsətdən istifadə edərək, bu işlərdə iştirak etmiş bütün insanlara - Azərbaycan fəhlələrinə, mütəxəssislərinə, xarici tərəfdaşlara, BP şirkətinə və digər partnyorlara minnətdarlığımı bildirmək istəyirəm. Bu, bizim ümumi işimizdir və hər bir tərəf - xarici şirkətlər, Azərbaycan dövləti, Azərbaycan şirkətləri, Azərbaycan vətəndaşları öz mənfəətini götürür”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rəsmi Ankara İranın dron hücumlarını qətiyyətlə pislədi
17:48 05.03.2026
Rəsmi Ankara İranın dron hücumlarını qətiyyətlə pislədi
Prezidentin Təhlükəsizlik Şurasında çıxışının TAM VİDEOSU
17:42 05.03.2026
Prezidentin Təhlükəsizlik Şurasında çıxışının TAM VİDEOSU
“Milli təhlükəsizlik məsələsində kompromis yoxdur”- Elçin Mirzəbəyli
17:26 05.03.2026
“Milli təhlükəsizlik məsələsində kompromis yoxdur”- Elçin Mirzəbəyli
Rusiya müdafiə nazirinin keçmiş müavini saxlanılıb
17:23 05.03.2026
Rusiya müdafiə nazirinin keçmiş müavini saxlanılıb
Fransa səfirliyi Azərbaycana dron hücumunu pislədi
17:14 05.03.2026
Fransa səfirliyi Azərbaycana dron hücumunu pislədi
Mert Demir Serenaya evlilik təklifi etməyə hazırlaşır
17:12 05.03.2026
Mert Demir Serenaya evlilik təklifi etməyə hazırlaşır
Məşhur xanəndənin ailəsində iki ağır itki
17:05 05.03.2026
Məşhur xanəndənin ailəsində iki ağır itki
Müdafiə Nazirliyi daha bir açıqlama yaydı: “İran dərs vaxtı məktəbi hədəf alıb”
17:03 05.03.2026
Müdafiə Nazirliyi daha bir açıqlama yaydı: “İran dərs vaxtı məktəbi hədəf alıb”
Ceyhun Bayramov və Hakan Fidan İranın Azərbaycana dron hücumlarını müzakirə etdi
16:49 05.03.2026
Ceyhun Bayramov və Hakan Fidan İranın Azərbaycana dron hücumlarını müzakirə etdi
Gürcüstan XİN rəhbəri İranın Azərbaycana dron hücumundan narahatlığını bildirib
16:39 05.03.2026
Gürcüstan XİN rəhbəri İranın Azərbaycana dron hücumundan narahatlığını bildirib
“Bu şərəfsizlər peşman olacaqlar”
16:34 05.03.2026
“Bu şərəfsizlər peşman olacaqlar”
"Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirdilər" - İlham Əliyev
16:27 05.03.2026
"Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirdilər" - İlham Əliyev
Prezident: Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib
16:23 05.03.2026
Prezident: Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib
Azərbaycan lideri: İstənilən bəd qüvvə onlara qarşı bizim "Dəmir yumruğ"umuzu görəcək
16:20 05.03.2026
Azərbaycan lideri: İstənilən bəd qüvvə onlara qarşı bizim "Dəmir yumruğ"umuzu görəcək
Prezident: İran tərəfindən Azərbaycan dövlətinə qarşı terror aktı törədildi
16:18 05.03.2026
Prezident: İran tərəfindən Azərbaycan dövlətinə qarşı terror aktı törədildi
Prezident sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçiridi
16:17 05.03.2026
Prezident sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçiridi